Əli Kərimlinin ermənipərəst “sanksiya tələbi”...
24.02.2024 [10:34]
Həmkarı “filankəs o - qızı” kimi AXCP sədri də Azərbaycanın uğurlarından narahatdır
Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında ən yüksək və mötəbər səviyyədə qarşılanması bir həqiqəti yenidən üzə çıxardı. Dünyanın bir sıra aparıcı dövlətlərinin rəhbərlərinin, rəsmi şəxslərinin, eləcə də qlobal iqtisadi-ticari aktorların təmsilçilərinin Prezident İlham Əliyevlə görüşmək üçün müraciətlər etməsi beynəlxalq aləmin ölkəmizə marağının artmasından xbər verir. Bu isə paralel olaraq ermənipərəst mərkəzlərin və onların əlaltılarının uğursuz “təbliğatını” növbəti dəfə iflasa uğratdı. Dünənə qədər Azərbaycanın guya Qərbdə qəbul edilmədiyini, hətta münasibətlərin “ən kəskin kontekstə” keçdyini iddia edənlər bu gün yenə başlarını aşağı salmağa məcbur olurlar. Çünki Azərbaycanın yaratdığı yeni reallıqlar onları da sükuta qərq edir.
Bununla belə, həmin ermənipərəst azlıq yenə də öz mahiyyətini “ortaya qoyur”. Məsələn, “filankəs o-qızı”nın həmkarı, maddi ortağı AXCP sədri Əli Kərimli Azərbaycana qarşı sanksiyaların “işə salınmasını” istəyir. Kərimlinin bu ermənidən betər arzusu ölkəmizin yeni mərhələdə daha güclü, milli maraqlara daha da kilitlənmiş halda daxil olmasından yaranan narahatlığa əsaslanır. Kərimli və onun erməni himayədarları dərk edirlər ki, Azərbaycanın günü-gündən güclənməsi, Cənubi Qafqazda yaratdığı yeni siyasi reallıqlar, Türk dünyasının inteqrasiyasına verilən töhfə və böyük bir coğrafiyada yeni münasibətlər sisteminin aktuallaşması ermənipərəst mərkəzlərin regiondakı maraqlarının sonunu gətirir. Başda Fransa olmaqla Kərimli və dəstəsini maliyyələşdirənlər prosesin inkişafını görür: Azərbaycan yeni mərhələdə Türk amilinin önə çıxması üçün bütün səyini səfərbər edir. Bu isə Kərimlinin maddi çətiri olan dairələrin ermənipərəst mənafeyinə ziddir. Bu səbəblə də Kərimliyə verilən göstərişlər Azərbaycana qarşı sanksiyalar tələb edilməsi, rəsmi Bakının beynəlxalq imicinə qarşı şör-böhtan kampaniyaları aparılması istiqamətindədir.
Amma Kərimlinin bu kimi ermənipərəst cəhdi də özündən əvvəlkilərin taleyini yaşamağa məhkumdur - necə ki, Vətən müharibəsində əldə etdiyimiz qələbəni “yarımçıq” adlandırdığı, antiterror tədbirləri ilə barışmadığı, Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu kiçiltməyə çalışdığı zamanlarda hansı durumla üzləşmişdisə, bu dəfə də eyni taleyi yaşayacaq. O da həmkarı “filankəs o-qızı” kimi əsl mahiyyətini, əsl kimliyini növbəti dəfə cəmiyyətə göstərmiş oldu. Ermənipərəst kimliyini...
Mənsur
Xəbər lenti
Hamısına baxHadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35

