Qərbi Azərbaycan İcması Fransa Senatının qətnaməsinə cavab verib
18.01.2024 [10:45]
Qərbi Azərbaycan İcması Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir:
“İrqçi, islamofob, Azərbaycanofob Fransa senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib. Fransız senatında əyləşən müasir səlibçilər anlamır ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır və bu mənada Fransa senatı öz yerini bilməlidir. Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa senatı qoy “Fransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda nə işi var”, “Fransa nə üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə asılılığında saxlayır” kimi suallara cavab versin.
İkinci Dünya müharibəsində biabırcasına məğlub olduqdan sonra başqalarının mərhəməti ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnmiş, bir neçə aydır ki bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa, görünür özünü senatın qətnaməsi ilə ovundurur.
Fransa senatının gözünü etnik və dini nifrət o qədər tutub ki, “Azərbaycanı və onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla senat özünü lağlağı obyektinə çevirir.
Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin.
Bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdən “Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağın demokratik surətdə seçilmiş liderləri” ifadələrindən istifadə edən senat əslində özü-özünü ələ salır. AZƏRTAC-ın müxbirinin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar Azərbaycandan “Dağlıq Qarabağ Respublikasının siyasi liderləri”nin buraxılmasını tələb edir.
Senat “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin.
Qarabağ ermənilərinin geriyə qayıdışından danışan səlibçi mentalitetli Fransa senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir.
Başa düşürük, Azərbaycanofobiya son illər Fransada gəlirli peşəyə, “qəhrəman”, “alovlu natiq” olmaq üçün əla fürsətə çevrilir. Amma Fransa təkcə İkinci Dünya Müharibəsində, son illərdə Afrikada məğlub olmayıb, Fransa həm də 2020-2023-cü illərdə Cənubi Qafqazda məğlub oldu. Son illər özünü təmiz urvatsız edən rəsmi Paris bununla barışmalı, regiona soxulmaq siyasətindən əl çəkməlidir.
Avropa İttifaqını Azərbaycanla münasibətləri yenidən nəzərə keçirməyə çağıran özündən müştəbeh fransız senatı elə bilir ki, dünya Fransanın, Avropanın ətrafında fırlanır.
Azərbaycan və Ermənistanın dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar fonunda fransız senatının bu təxribatçı addımı siyasi klounluqdur.
Fransanın qardaş Türkiyəyə yönəlmiş ittihamlarını da qətiyyətlə rədd edirik.
Ermənistan da başa düşməlidir ki, Fransanın heç kimə lazım olmayan silahları ona sırıması, Avropa İttifaqının Ermənistanda baza qurması İrəvana heç bir kömək etməyəcək, əksinə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına mane olacaq. Fransanın Ermənistana maksimum verə biləcəyi Qarabağ ermənilərinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər. Ermənistan 1-ci Respublikanın səhvlərindən nəticə çıxarmalıdır”.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50

