Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sumqayıtda yataqxanada yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib

Sumqayıtda yataqxanada yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib

18.01.2024 [09:25]

Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.

Bu barədə AZƏRTAC-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilir ki, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.

1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir. 2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub. 

Briqadalar hazırda hadisə yerindədir.

Qeyd edək ki, yanğın söndürülüb.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30