23 yaşlı “Vikipediya”...
13.01.2024 [12:00]
Axtarış zamanı üz tutduğumuz ilk ünvan
Yeganə BAYRAMOVA
21-ci əsrin informasiya əsri olduğu barədə davamlı müzakirələr aparılıb. Bu gün dinamik, sürətlə inkişaf edən yüksək texnologiyalar əsrində yaşayırıq. Hazırda bütün dünyada informasiyaların əldə olunması üçün müxtəlif vasitələrdən istifadə etmək insanların həyat tərzinə çevrilib.
Həmin vasitələrdən biri, hətta ən önəmlisi “Vikipediya” adlı elektron ensiklopediyadır. Hər zaman burada olan məlumatdan yararlanırıq. Bəllidir ki, bu gün internet üzərində hər hansı bir məlumat axtaran zaman ilk müraciət etdiyimiz ünvan məhz “Vikipediya”dır.
Qeyd edək ki, layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və “Bomis” kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar.
Nupediya virtual ensiklopediyası 2000-ci ilin mart ayından fəaliyyətə başlayıb. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyaya məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabrında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.
Nupediya ensiklopediyası əsasında yaradılmış “Vikipediya” açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də internetdə fəaliyyət göstərməyə başlayıb. Qısa müddət ərzində isə internetin ən populyar layihələrindən birinə çevrilib. Nupediyadan fərqli olaraq “Vikipediya”da məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb.
2002-ci il yanvarın 13-də isə “Vikipediya”nın Azərbaycan dilində bölməsi yaranıb. Geridə qalan son 20 il ərzində Azərbaycan dilində “Vikipediya” xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediya olaraq öz yerini alıb. Son statistikalar da bunun bariz nümunəsidir. Son illər “Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 34 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.
Bu gün “Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. Belə ki, alexa.com-un açıqladığı statistikaya əsasən, dünyada və ölkəmizdə ən çox daxil olunan 5-ci saytdır. Bu amil “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir.
Yeri gəlmişkən, yanvarın 15-i Beynəlxalq Vikipediya Günü kimi qeyd edilir. Bu il “Vikipediya”nın yaradılmasının 23 ili tamam olur. Şagirddən müəllimə, böyükdən kiçiyə, mübahisə edənlər, dünya görüşünü genişləndirənlər, qısacası hər kəs bu “çeşmə”dən az-çox su içir. “Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

