Almaniyada etirazlar
10.01.2024 [11:00]
Vətəndaşlar hökumətin siyasətindən narazılıq edir, fermerlər isə etiraz aksiyaları keçirirlər
N.TUNAR
Almaniyada fermerlər yanvarın 8-dən etibarən ölkə boyu tətil keçirirlər və hökumətin iqtisadi tədbirlərinə etiraz olaraq bir sıra magistral yolları traktorlarla bağlayıblar. Demək olar ki, bütün federal torpaqlarda etirazlar keçirilir. Bavariya polisinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Bavariyanın müxtəlif yerlərindən Münhenə gedən 5500-ə yaxın traktoru müşayiət ediblər. Berlində bir neçə yüz traktorun yığılması nəticəsində Brandenburq qapısının qarşısındakı mərkəzi küçələrdən birinə giriş bağlanıb.
Xatırladaq ki, ötən ilin dekabrında Almaniya hökuməti büdcə böhranı fonunda dizel yanacağı üçün subsidiyaları ləğv etmək planlarını açıqlayıb. Bununla büdcə 440 milyon avro gəlir əldə edəcək. Bundan başqa, meşə və kənd təsərrüfatında istifadə edilən nəqliyyat vasitələrinin güzəştli vergisinin ləğvi də nəzərdə tutulur və bu da büdcəyə daha 480 milyon avro qənaət etməyə imkan verəcək.
Bu planların açıqlanmasından sonra bütün Almaniyada fermerlərin çoxsaylı etiraz aksiyaları keçirilib. Almaniya Kəndlilər Birliyinin (DBV) təşkil etdiyi etiraz aksiyalarında fermerlər hökumətin kənd təsərrüfatına subsidiyaları azaltmaq planlarına etiraz edirlər. Ümumilikdə, bütün Almaniyada fermerlərin 100-dən çox etiraz aksiyası planlaşdırılıb. Fermerlər nümayişlər çərçivəsində traktorlarla yolları bağladığı üçün bir çox bölgədə nəqliyyatın hərəkəti iflic olub, ciddi problemlər yaranıb. Texnikaların üstünə “Fermersiz gələcək yoxdur”, “Biz 20 maaş artıq almağa çalışmırıq, varlığımız üçün mübarizə aparırıq”, “Biz alman kənd təsərrüfatının tərəfdarıyıq” və “Davam edin! Əks halda, tezliklə iflasa sürüklənəcəyik” şüarları yazılmış plakatlar yapışdırılıb. Bəzi fermerlər qoşqu ilə gəliblər, çünki aksiyanı hələ bir həftə davam etdirmək fikrindədirlər.
DBV-nin rəhbəri Yoahim Rukvid Almaniya sakinlərini mümkün narahatçılığa görə anlayış göstərməyə çağırıb. Bununla əlaqədar o “Stern” jurnalına müsahibəsində bildirib: “Biz etiraz aksiyamızı dinc və demokratik şəkildə təşkil etmək istəyirik. Amma biz traktorlarla hərəkət edəndə bu, qaçılmaz olaraq nəqliyyatın hərəkətinin pozulmasına gətirib çıxaracaq”. Fermerlərin kütləvi aksiyası ilə əlaqədar hökumət planlarında düzəliş etməyə məcbur olub. Yeni qərara əsasən, müavinətlər tamamilə və eyni vaxtda deyil, tədricən və qismən ləğv ediləcək.
Bununla belə, Almaniya Kəndlilər İttifaqı kənd təsərrüfatı sektoru üçün nəzərdə tutulan vergi artımlarını qəbul etməyəcəklərini vurğulamaq üçün etirazlarını davam etdirir. Bir neçə gün əvvəl isə fermerlər bərədə vitse-kansler, AFR-in iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin qarşısını kəsiblər. O, tətildən qayıdarkən körpüdə qəzəbli etirazçılar tərəfindən qarşılanıb. Habek onların nümayəndələri ilə söhbət etməyi təklif edib, lakin fermerlər onun təklifini rədd ediblər. Polis bərənin qarşısını açmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Almaniya hökuməti bu hadisəni kəskin şəkildə pisləyib. Öz növbəsində Daxili İşlər Nazirliyi sağçı ekstremist qüvvələrin fermerlərin etirazlarından öz məqsədləri üçün istifadə etmək cəhdlərinə qarşı xəbərdarlıq edib. Son məlumata görə, Münhen, Hamburq, Visbaden və digər şəhərlərdə böyük etiraz aksiyaları gözlənilir. Bavariyadakı bəzi məktəblər distant təhsilə keçir. Fermerlərin əsas tələbləri vergilərin azaldılması və maaşların artırılmasıdır.
Bir sıra ekspertlər isə hesab edirlər ki, Almaniya hökumətinin miqrasiya siyasəti, miqrantların ölkəyə axını sosial-iqtisadi problemlərin yaranmasının əsas səbəblərindən biridir. Ona görə də, vətəndaşların hökumətə etimadı xeyli azalıb.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

