Süni intellekt həqiqi yaradıcılıqla rəqabət apara bilərmi?
30.06.2026 [19:08]
“Süni intellekt”, “neyron şəbəkələri”... Biz bu və rəqəmsallaşma ilə bağlı digər terminləri demək olar ki, hər gün eşidirik. Nəticədə bir çoxları artıq məlumat əldə etmək və ya sadəcə süni intellektdə maraqlı söhbət tərəfdaşları tapmaq üçün bu texnologiyalardan fəal şəkildə istifadə edirlər. Bəs kitablar aləmində vəziyyət necədir?
Onlayn elmi məqalələrin təhlili göstərir ki, süni intellekt ədəbi dünyaya sürətlə daxil olur. Bu yaxınlarda Polşa yazıçısı və Nobel mükafatı laureatı Olqa Tokarçuk roman yazarkən süni intellektdən faydalandığını etiraf edib. Lakin süni intellekti əsərlərinə inteqrasiya edən müəlliflər hələ də azdır və hətta bunu edənlər də neyron şəbəkələrindən yalnız faktları dəqiqləşdirmək üçün istifadə etməyə meyllidirlər.

Britaniyalı yazıçılar arasında aparılan araşdırmaya görə, müəlliflər süni intellektdən istifadənin onları tezliklə işsiz qoyacağından ciddi şəkildə narahatdırlar. Oxucular da neyron şəbəkələrindən istifadə edərək yaradılan kitablara şübhə ilə yanaşırlar. Ötən ay təxminən 10 min yazıçı əsərlərinin süni intellekt tərəfindən istifadəsinə qarşı etiraz edib. Onların arasında Kazuo İsiquro, Riçard Osman, Mik Herron, Filippa Qreqori və digər tanınmış yazıçılar da var idi. Onlar müəlliflərin adlarından başqa heç nə yazılmayan “Don't Steal This Book” (“Bu kitabı oğurlama”) adlı səhifələri ağ kitabın yaradılmasında iştirak etdilər. Kitabın nüsxələri London Kitab Sərgisində ziyarətçilərə paylandı.
Həm yazıçılar, həm də oxucular hələ də ənənəvi yaradıcılıq prosesinə üstünlük verirlər. Bəs süni intellektin kitab sənayesinə daxil olmasının qarşısını almaq mümkün olacaqmı?
Bu suala cavab axtaran AZƏRTAC-ın müxbiri Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə ilə əlaqə saxlayaraq onun fikrini soruşub.

"Dünyada istehlakçı adlandırmağın düzgün olacağı çoxlu sayda oxucu var. Onlar, əsasən, “əyləncəli ədəbiyyat” istehlakçılarıdırlar. İstedadlı yazıçılar kimi, istedadlı oxucuların da sayı xeyli azdır. Süni intellekt kütlələr üçün kitab yaza bilər və həmin auditoriya bundan məmnun olar, çünki onlar üçün oxumaq sadəcə vaxt keçirmək və ya yuxusuzluqdan müalicə vasitəsidir”, - deyə Xalq yazıçısı hesab edir.
Onun fikrincə, yaradıcılıqda ən vacib amil ruhu oyada, insanı silkələyə, düşündürə, ağlada, güldürə və oxuduqlarına bütün qəlbi ilə reaksiya verə bilən istedaddır. Ürəkdən yazılmış əsər isə intuisiya olmadan mümkün deyil. Xalq yazıçısı qeyd edir: “Bax, burada süni intellektlə birlikdə büdrəyirik. Düşünmürəm ki, intuisiya süni intellektdə aşılana bilər. Bu, hətta insandan insana ötürülə bilməyən bir şeydir. İntuisiyanı öyrətmək mümkün deyil — bu, birmənalıdır. Necə ki, yazıçı bunu tələbələrinə çatdırmaq gücündə deyil, istedadın ən vacib komponenti olan nisbət hissini də ötürə bilmir —alimlər həqiqətən istedadlı kitablar yaratmaq üçün lazım olan intuisiyanı süni intellektə aşılaya bilmirlər.
Zəka isə başqa məsələdir. Əsərdə zəka və məntiqlə əlaqəli hər şey maşına köçürülə bilər. Süni intellekt həyəcanverici detektiv hekayəsi yaratmağa qadirdir ki, bu da orta oxucunun ehtiyac duyduğu şeydir. Amma hesab edirəm ki, müəllifin intuisiyasına əsaslanan canlı xarakterlər yaratmaq onun üçün əlçatan deyil. Yeri gəlmişkən, ola bilər ki, bu, hələlik mümkün deyil. Hər halda, sualın cavabı açıq qalır”.
Çox şey yaşamış və görmüş insan olan Natiq Rəsulzadə bunun baş verməyəcəyinə ümid edir. “Həqiqi istedadı, intuisiyası və ölçü hissi olan insanlar, - müəllifləri nəzərdə tuturam, - süni intellektdən kənarda qalacaqlar. Füzulinin qəzəlləri, Petrarka və Şekspirin sonetləri, Markes, Çexov və Dostoyevskinin kitabları, Dikkens və Coysun romanları - bütün bunlar ən incə, anlaşılmaz insan intuisiyası sayəsində, çiçəyin nəfəsi və ya kəpənəyin uçuşu qədər incə, yaradıcının ürəyi qədər canlı şəkildə ərsəyə gətirilib. Məgər bunu öyrətmək olarmı? Əgər süni intellektin yaradıcıları bir yazıçının ruhuna və intuisiyasına toxunmağı bacarsalar, onda burada çoxlu nöqtə qoyacağam... Hər şey mümkündür”, - deyə yazıçı fikirlərini yekunlaşdırıb.
Sürətli texnoloji tərəqqi dövründə maşınla insan arasında “qarşıdurma” hələ yenicə başlayır. Bəs insan ürəyindən və intuisiyasından doğan əsl yaradıcılıq süni zəkanın soyuqluğuna təslim olacaqmı?
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

