Tənqidsiz tənqid haqqında
09.01.2024 [10:24]
REDAKSİYADAN
Bəllidir ki, Azərbaycan mətbuatı ayaq tutandan sonra ədiblərimizin, fikir adamlarımızın, ictimai xadimlərimizin çoxu ədəbi-bədii, fəlsəfi-publisistik əsərlər yaratmaqla yanaşı, qəzetçilik, tənqidçilik fəaliyyəti, jurnalistika ilə də məşğul olub, öz məqalələrində, çıxışlarında, məktub və müraciətlərində yaşadığı dövrün aktual ictimai problemlərinə, sənətlə bağlı mübahisəli, ağrılı məsələlərə münasibət bildirib. Bu da təbiidir, çünki istedad, bədii təfəkkür həm də analitik-tənqidi yanaşma tələb edir, əks halda sənət meyarları dəqiqliyini itirə, ictimai mizan pozula bilər. Meyarlar, dəyərlər isə yoxdan yaranmır, ziyalıların, sənətkarların, ictimai xadimlərin kollektiv iştirakçılığı ilə meydana çıxır. Bu baxımdan Azərbaycan tarixində iz qoymuş ədiblərin, sənətkarların, ictimai xadimlərin məqalələri, çıxışları, məktubları dövrün reallıqlarından xəbər verən əvəzsiz sənədlərdir. Bu sənədlərə, keçmişimizlə bağlı etibarlı mənbələrə dönə-dönə qayıtmaqla biz xalqımızın keçdiyi tarixi yola daha yaxşı bələd ola, bu tarixi daha obyektiv, daha dürüst qiymətləndirə bilərik. Beləliklə, xalqımızın hamıya açıq olan mənəvi arxivindən seçdiyimiz materiallar yaxın-uzaq tariximizə səyahətə çıxmaq üçün bizə bələdçi olacaq. Xatırlatması bizdən, yozması oxucudan...
Tənqidsiz tənqid haqqında
Mübahisə və sübuta ehtiyacı olmayan bir həqiqət var ki, bizim bugünkü nəsrimiz və şeirimiz ölkəmizin mədəni tələbindən qat-qat aşağıdır. Bu xüsusda çox yazılmış və danışılmış. Bu gün isə, xüsusən 1-ci Şura yazıçıları qurultayından sonra bizim qarşımızda duran vəzifə bu əskimiş və artıq şablonlaşmış bir etiraf deyildir. Əsas vəzifəmiz - ədəbiyyat sahəmizi dərindən yoxlamaq, onun bu və ya digər sahəsini mədəni tənqid vasitəsilə şərh etmək, hər yazıçıya konkret kömək göstərmək, geniş oxucu kütləsini bu və ya digər ədəbi əsər ətrafında toplamaq, onların tələb və zövqlərini öyrənmək və bu surətlə ədəbi məhsulumuzun keyfiyyətcə yüksəlməsidir.
Bu məqsədə çatmaq üçün konkret marksist tənqidinə böyük ehtiyac var.
Təəssüflə qeyd etmək lazımdır ki, hələ də Azərbaycan şəraitində konkret bədii tənqid yox dərəcəsindədir. Bədii əsərin mündəricə, şəkil və formal cəhətlərini əhatə edəcək, əsərin konkret nöqsanlarını və səbəblərini göstərəcək tənqid yaratmaq asan iş deyildir. Bu çətinlikdən qorxanlar, bu vəzifəni öhdəsinə götürə bilməyən “alimlər” həmişə bizim ədəbiyyata ümumi və abstrakt “priqovor” verirlər. Tənqid adından istifadə edərək, nə yazıçıya, nə də əsərə mənfəət verməyən xronikalar yazırlar.
Misal üçün yoldaş Əli Nazimin “Kommunist” qəzetinin 6 oktyabr nömrəsində “Öyrəndiklərimiz” adlı məqaləsini göstərə bilərik. Əli Nazim 1-ci Şura yazıçıları qurultayının tənqidimiz qarşısında qoyduğu böyük tələbləri anlaya bilmədiyindən xronika yazmağa başlamışdır.
Gözümüz aydın!
O, bir qəzet məqaləsində bütün yazıçıların adını çəkərək, hər birinə istədiyi damğanı vurmaqdan çəkinməmişdir. O, yazıçının tələbini bir tərəfə buraxaraq, heç bir ölçü və meyara əsaslanmadan öz subyektiv görüşünə sığınaraq hər yazıçıya quru və cansız “formullar”la qiymət verir.
Yoldaş Əli Nazim, bilməlisən ki, bədii əsər “formullar”, əmrlər və reseptlərlə yazılmır. O, daxili bir hərəkətə malik, öz xüsusi qanunları ilə inkişaf edən incə bir həqiqətdir. Ona qarşı bu qədər qaba və məsuliyyətsiz əlaqə bəsləyənlərə imkan verilməyəcək. Sən yazırsan ki, “şəxsən mənim bugünkü nəsr və şeirlərin keyfiyyəti haqqında fikrim qurultaydan sonra daha da fənalaşmışdır”. Qurultay bizim nəsr və şeirimizə mənfi nöqteyi-nəzərdən baxmadı. O, nəsrimizin və şeirimizin böyük müvəffəqiyyətlərini qeyd etdi, onun qarşısında böyük tələblər qoydu. Sən isə xırda burjua bədbinliyinə düşərək, bizim şeirimizdə müsbət cəhətləri görmürsən və gözlərini yalandan isladaraq onun “ölümünə ağlayırsan”. Bu, sənin həyatında təsadüfi deyildir. Sən daima bizim şeirimizə yuxarıdan baxmaqla “böyüklük” xəstəliyinə mübtəla olmusan.
Sən hələ də bilmirsən ki, şeirimizdəki çətinliklər onun yüksəliş çətinlikləridir. Bu, dialektikadır və tarixi bir hadisədir.
Sən yazırsan ki, “Süleyman Rüstəmin son yazıları asan olmaq üçün sürtülmüş pul qədər şablonlaşmış bir şəkildə və üslubda yazılır”. Sən bir tənqidçi olaraq bu şablonçuluğun səbəblərinin nədən ibarət olduğunu niyə göstərmirsən? Sənin bu sətirlərində yazıçı yoldaşa sürtülmüş bir pul qədər olsa da kömək varmı? Əlbəttə, yoxdur.
Sən yazırsan ki, “Rəfilinin sərbəst şeirləri yorğun-yorğun Mahaç-Qaladan geri qayıdır”. Görünür ki, sən bu geriləməyə “acıyırsan”, eləmi? O halda bu geriləmənin nədən ibarət olduğunu və şairin təqsiri üçün öz “alim” məsləhətlərini nə üçün əsirgəyirsən?
Sənin yazdığın bu məqalə başdan-başa bir xronika, “sadə bir baxış” deyilmi?
Lakin bugünkü marksist tənqidimiz qarşısında, hər şeydən əvvəl, yazıçıya və oxucuya konkret kömək vəzifələri durur. Bu çətin, yüksək bir vəzifədən sən boyun qaçırırsan, nəticədə isə adi söz yığını əmələ gəlir ki, bu da heç kimə lazım deyil.
Səməd Vurğun
1934
Xəbər lenti
Hamısına baxAnalitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50

