Prezident İlham Əliyevin yeni strateji konsepsiyasinda Naxçıvan
12.08.2026 [17:12]
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2026-cı il avqustun 11-də Naxçıvan Muxtar Respublikasına 17-ci rəsmi səfəri və səfər çərçivəsində dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibə, Naxçıvanın strateji, hərbi, iqtisadi və nəqliyyat-geopolitik sahələrdə gələcəyi baxımından kompleks konsepsiya xarakteri daşıyır. Belə ki, müsahibə muxtar respublikanın qeyd edilən inkişaf istiqamətlərində dövlət strategiyasının konkret layihələrlə necə reallaşdığını göstərən mühüm fikirlərlə zəngindir.
Prezidentin özü tərəfindən Naxçıvana son səfərinin bölgəyə sayca 17-ci səfəri və hər səfərin “böyük mənası və gözəl nəticələri”nin olduğunun vurğulanması, dövlətimizin ölkənin bütün regionlarına yüksək münasibəti kontekstində Naxçıvanın coğrafi mövqeyinə (ölkənin əsas ərazisindən aralı olmasına) görə dövlət prioritetlərində xüsusi yeri olduğunu təsdiqləyir.
Bu baxımdan, Naxçıvanın coğrafi eksklav şəraiti və Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması ilk növbədə muxtar respublikanın müdafiə məsələlərini daim aktual saxlayır. Prezident İlham Əliyevin hələ 2013-cü il dekabrın 18-də imzaladığı “Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadaa dislokasiya olunmuş 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması və hazırda yeni komando hissələrinin formalaşdırılması Naxçıvanın operativ müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə qaldırır. Naxçıvanda yerləşən hərbi hissələrin ən müasir hərbi texnika ilə təmin edilməsi Azərbaycan Silahlı Qüvvələrinin bölgədəki mütləq söz sahibliyini və çəkindirici gücünü möhkəmləndirir. Prezident, Ali Baş Komandan İlham Əliyevin səfər zamanı Əlahiddə Ümumqoşun Ordusuna gələrək hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi mərasimini keçirməsi yeni mərhələdə də ordu quruculuğuna xüsusi diqqətin nümayişi kimi qəbul olunmalıdır.
Azərbaycan Prezidentinin müsahibəsində Naxçıvanın regional nəqliyyat qovşağına çevrilməsi prosesi tarixi və geo-siyasi xronologiya ilə təhlil olunur. 2020-ci il noyabrın 9-da Azərbaycanın 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbəsini rəsmiləşdirən Üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiya aktının tərkib hissəsi kimi ölkəmizin Naxçıvanla quru əlaqəsi hüquqi olaraq təsbit edilmişdi. Lakin 2020-2025-ci illərdə Ermənistanın prosesi uzatması, Rusiyanın təminat yetərsizliyi və bir sıra digər səbəblərdən məsələnin icrası faktiki olaraq dondurulsa da, ötən il avqustun 8-də ABŞ Prezidentinin iştirakı ilə Ağ Evdə Zəngəzur dəhlizinin açılmasında ciddi razılaşma əldə olundu. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirdi ki, “Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq – avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”. Ölkəmizin bu məsələyə ciddi yanaşmasının göstəricisidir ki, Horadiz-Ağbənd yolu hazırdır dəmir yolunun gələn il Ermənistan sərhədinə çatdırılması planlaşdırılır.
Bütün bunlar öz növbəsində Azərbaycan dəmir yollarının Naxçıvan ərazisindəki hissəsinin modernləşdirilməsi, yenidən qurulması məsələsini də gündəliyə gətirir. Bu məsələyə Avropa İttifaqı və digər beynəlxalq aktorların marağı fonunda dövlətimiz bunun yalnız nəzarət paketini özümüzdə qalması şərti əsasında “beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi”nin bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilməsində maraqlıdır. Əks təqdirdə, qısa müddət ərzində Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu mövcud 188 kilometrdən yenidən quraraq 194 kilometrə çatdrımaqla, tam işlək və hazırkı vəziyyətindən on dəfə çox – 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər. Prezident İlham Əliyev bu mövqeyin əsas səbəbini və Naxçıvandan keçəcək yeni dəmir yolunun əhəmiyyətini aydın şəkildə ifadə edir: “Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq”. Başqa sözlə, “Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır”.
Azərbaycan Prezidentinin fikirlərindən də aydın olur ki, ölkəmiz Zəngəzur dəhlizinə yalnız nəqliyyat yolu kimi baxmır. Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazırlanması dövlətimizin bu dəhlizə strateji prioritetlərdən daha biri – enerji, xüsusilə yaşıl enerji sahəsində böyük əhəmiyyəti olacaq layihə kimi də baxdığını göstərir. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda BP şirkəti tərəfindən tikilməkdə olan 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 km məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib. Prezident İlham Əliyevin fikirlərindən aydın olur ki, bu layihə daha böyük məqsədləri özündə nəzərdə tutur: “O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir”. Yəni ölkəmiz Cəbrayıldakı çevirici yarımstansiya vasitəsilə Zəngəzur enerji dəhlizi üzərindən Türkiyə, İran və Avropa bazarlarına çıxışını təmin edəcəkdir.
Ölkəmizin “yaşıl enerji” gündəliyinin əsas istiqamətlərindən biri kimi, yaxın gələcəkdə Naxçıvan daxili təminat modelindən regionun əsas enerji ixracatçısı modelinə keçid edir. Hazırda Naxçıvan mövcud 200 meqavatlıq generasiya gücü ilə özünü tam təmin edərək enerji təhlükəsizliyi sahəsində dayanıqlılığı tam sığortalamışdır. Bununla belə, səfər zamanı təməli qoyulan Naxçıvan Sənaye Parkının tərkibində 300 MVt-lıq istilik elektrik stansiyası inşa ediləcək və nəticədə regionun generasiya gücü 1,5 dəfə artıracaq. Hazırda qarşıdakı əsas hədəf isə Naxçıvanda yüzlərlə meqavatlıq (potensial olaraq 500-1000 МVt) günəş elektrik stansiyalarının və digər bərpa olunan enerji stansiyalarının inşası ilə regionun enerji ixracatçısına çevrilməsidir. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən 250 МVt-lıq saxlanc sistemlərinin analoqu kimi Naxçıvanda dalğalanan bərpaolunan enerji balansını saxlamaq üçün 100 meqavatlıq batareya saxlanc qurğusunun inşası həyata keçiriləcəkdir.
Yeri gəlmişkən, Azərbaycan özünün ənənəvi sülhpərvər və səmimi qonşuluq siyasətini enerji məsələsində də biruzə verir. Ermənistan ərazisindəki bölgə üçün təhlükəyə çevrilən, bu ölkənin əsas enerji mənbəyi olan Metsamor AES-in köhnəlməsi və bağlanma məcburiyyəti fonunda, Zəngəzur elektrik xətti Ermənistanın özü üçün də gələcəkdə potensial enerji böhranından çıxışın alternatividir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edir ki: “O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”. Beləliklə, Zəngəzur dəhlizi kompleks nəqliyyat-kommunikasiya yoluna çevrilir və onun əhəmiyyəti daha artır: “Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər”.
Prezident İlham Əliyevin sözlərindən aydın olur ki, muxtar respublikada daxili məşğulluq və istehsal zəncirinin yenidən qurulması prosesinə start verilmişdir. İndiyədək dövlətimiz tərəfindən Naxçıvanda qazlaşdırma prosesi tamamilə başa çatdırılmış, əhalinin dövlət xidmətlərinə əlçatanlığını yüksək səviyyədə təmin etmək məqsədilə “ASAN xidmət” mərkəzi istifadəyə verilmiş, regionun əsas avtomobil yolları yenidən qurulmuşdur. Bu istiqamətdə tədbirlərin davamı kimi səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olmuş, Naxçıvan Regional DOST Mərkəzinin açılış, Naxçıvan şəhərində sosial evlər kompleksinin, 5 ulduzlu “Naxçıvan” Mehmanxana Kompleksinin təməlatma mərasimini keçirmişlər. Prezidentin bünövrəsini qoyduğu Naxçıvan Sənaye Parkı ərazi böyüklüyünə (310 hektar) görə Sumqayıtdakı analoji parkdan (640 hektar) sonra ölkədə ikinci, bütövlükdə isə sayca 9-cu xüsusi sənaye zonası olacaqdır. Naxçıvan Sənaye Parkının yaradılması bölgə üçün əsas problemlərdən biri olan işsizliyin həllinə böyük töhfə olacaq, müasir sənaye komplekslərinin yaradılmasına təkan verəcək. Naxçıvan şəhərinin sərnişindaşıma problemi tam həll olunaraq 60 ədəd yaşıl elektrik avtobuslarının istifadəyə verilməsi də mühüm addımlardan biri olmuşdur.
Prezidentin son səfəri dövlətimizin milli-mənəvi dəyərlərinin qorunması, tarixi irsə və milli kimliyə xüsusi yüksək münasibətin növbəti təzahürü ilə də əlamətdar oldu. Atabəylər dövlətinin irsi kimi səkkiz əsrdən çox yaşı olan Möminə xatun məqbərəsinin bərpası və konservasiyasının həyata keçirilməsi, bu məşhur abidənin müəllifi olan memar Əcəmi Naxçıvaninin şərəfinə ucaldılan yeni abidə ilə tarixi yaddaşın əbədiləşdirilməsi Azərbaycan Prezidentinin bu sahəyə göstərdiyi xüsusi diqqətin növbəti nümunələridir. Dövlət başçımız iqtisadi və hərbi gücün kökündə milli ruhun, dilin, ədəbiyyatın və dövlətçilik ənənələrinin durduğunu xüsusi vurğulayır: “Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”. Bütün tarixi zənginliyi ilə bərabər Naxçıvan həm də Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndəri bəxş etməsi ilə tarixdə daim qalacaqdır.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı əsas məqamlardan biri regionun idarəetmə arxitekturasının yenilənməsidir. Bütövlükdə ölkəmizdə başlayan, Qarabağ və Şərqi Zəngəzurda özünü doğruldan idarəetmə modeli (xüsusi nümayəndəlik institutu) dörd ilə yaxındır ki, Naxçıvanda da tətbiq edilir. Muxtar respublikada həyata keçirilən siyasi-inzibati, strüktür və kadr islahatları ümumi və əsas məqsədə istiqamətlənmişdir: “Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk… Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar”. Prezidentin bu fikirləri bir tərəfdən Azərbaycanda unitar dövlət mexanizminin işləkliyinin optimallaşdırılması ilə bağlı dövlətimizin mövqeyini ortaya qoyur: sənaye parkı, iş yerləri, infrastruktur, turizm və idarəetmə islahatları ilə Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla inteqrasiyası başlayır.
Digər tərəfdən isə, dövlət başçımızın idarəetmə qaydalarının təkmilləşdirilməsinin “Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə” həyata keçirildiyini xüsusi vurğulaması regionun muxtariyyət statusu barədəki manipulyasiyalara da son qoyur. Naxçıvan bu hüquqi statusu bir əsrdən çoxdur ki, bölgənin ölkəmizin əsas hissəsi kimi qorunub saxlanılmasında torpaqlarımıza göz dikən məkrli qüvvələr qarşısında əsas siyasi-hüquqi və diplomatik sipər rolunu oynayıb və Azərbaycan lideri də haqlı olaraq məsələyə məhz bu prizmadan yanaşdığını nümayiş etdirdi.
Prezident İlham Əliyevin səfərdən qayıtdıqdan dərhal sonra “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalaması dövlət başçısının regionun problemlərinə operativ, həssas və qayğıkeş münasibətinin ifadəsi kimi muxtar respublika ictimaiyyətində dərin təəssürat yaradıb. Sərəncamla Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə 258 milyon manat vəsait ayrılıb. Başqa sözlə, qarşıdakı il yarım ərzində mxutar respublikanın siması əhəmiyyətli şəkildə dəyişəcək: Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdiriləcək, 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometr avtomobil yolları əsaslı təmir olunacaq, NDU-da 1000 yerlik yataqxana kompleksi tikiləcək, ayrı-ayrı yaşayış məntəqələrində 5 yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunacaq, muxtar respublikanın şəhərlərinsən 162 yaşayış binası tam və ya qismən, 45 istilik qazanxanası isə əsaslı təmir olunacaq.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana son səfəri və müsahibəsi göstərir ki, Naxçıvan təcrid olunmuş eksklav zonadan Avrasiyanın vacib nəqliyyat-kommunikasiya və “yaşıl enerji” habına çevrilir. Dövlət büdcəsindən ayrılan birbaşa investisiyalar, qəbul edilən əlavə sərəncamlar, TRIPP (Zəngəzur dəhlizi) layihəsinin reallaşması və idarəetmədə xüsusi nümayəndəlik modelinin tətbiqi Naxçıvanın Azərbaycanın ümumi strateji inkişaf xəritəsində vacib mövqeyini təmin edir.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

