Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / COVİD yenidən qayıdır?

COVİD yenidən qayıdır?

28.12.2023 [11:45]

İlk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində baş qaldıran yeni növ koronavirus (COVİD-19) infeksiyası qısa müddətdə 200-dən artıq ölkəyə yayıldı. Pandemiyanın fəsadları  bəşəriyyət üçün ağır oldu, ölkələr sərt qapanmalar dövründən keçmək, öz resurslarını yoluxucu xəstəliyə qarşı mübarizəyə səfərbər etmək məcburiyyətində qaldılar. Dünya COVİD-19-dan ölüm hallarının artmasının böyük məyusluğunu yaşadı. Bəs qlobal pandemiyadan tam qurtulmuşuqmu? Hazırda bütün dünyada bu suala böyük narahatlıqla cavab gözlənilir.

ABŞ-da COVİD-19-un yeni variantına yoluxma

Təəssüf ki, ayrı-ayrı ölkələrindən gələn xəbərlər hələlik təhlükənin tam sovuşmadığından xəbər verir.  Transmilli mediada bu və ya digər ölkənin ərazisində COVİD-19-un fərqli ştamlarının yayıldığı ilə bağlı məlumatlar yer alır. Belə bir məyusedici xəbər bu günlərdə Amerika Birləşmiş Ştatlarından (ABŞ) gəlib. Bildirilir ki, bu ölkədə COVİD-19-un JN.1 variantına yoluxma son iki həftədə iki dəfə artıb, ölkədə virus infeksiyasına yoluxanların 44 faizində məhz bu ştam aşkarlanıb. Ölkə üzrə xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4 faizlik artım müşahidə edilib.

ABŞ-da COVİD-19-un JN.1 variantına yoluxmanın artmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Əsas səbəb kimi isə amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir. Qeyd edək ki, hazırda vaksinasiya bir çox xəstəliklərin özü kimi qlobal müstəvidə ciddi diqqət çəkən məsələyə çevrilib. Bəzi ölkələrdə insanlar vaksinasiya prosesindən keçməyə etinasız münasibət bəsləyirlər, müxtəlif vasitələrlə bundan yayınmağa çalışırlar. Bu zaman onlar düşünmürlər ki, belə davranışlar çox ağır fəsadlara gətirib çıxara bilər. Artıq birmənalı şəkildə sübut olunub ki, vaksinlər insan bədənində müxtəlif xəstəliklərə qarşı müqavimət gücünü artırır. Bədənində immunitet yaranan insanlar yoluxucu infeksion xəstətiklərə qarşı daha dözümlü olurlar. Beləliklə də, vaksinasiyadan keçən hər bir vətəndaş bununla yoluxucu xəstəliklərin yayılma zəncirini qırmış olur ki, bu da olduqca mühüm məsələdir.

Ehtiyatı əldən vermək olmaz

Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada artan statistika barədə məlumat yayıb. “JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-da aşkarlanıb. Bu siyahının qısa müddətdə genişlənəcəyi istisna edilmir. Xatırladaq ki, yaxın keçmişdə COVİD-19 da çox qısa zaman kəsiyində sürətlə yayılaraq bütün dünyanın ümumi bir probleminə çevrildi.

Qarşıdan tətillərin gəlməsi də hər kəsdən məsuliyyəti artırmağı tələb edir. Təqvim ilinin dəyişməsinin astanasındayıq. İnsanlar yeni ili səyahətlərlə, kütləvi tədbirlərə qatılmaqla qarşılamaq barədə planlar qurublar. İnsanların, xüsusilə də gənclərin şənlənmək, bayramlaşmaq istəkləri başadüşüləndir. Ancaq artan təmaslar artan risklər anlamına gəlir. Buna görə də indiki həssas dönəmdə hər birimizdən ehtiyatı əldən verməmək tələb olunur.

Onu da xatırladaq ki, COVİD-19 pandemiyasının pik mərhələsində Azərbaycan qorxulu xəstəliyə qarşı ən səmərəli mübarizə aparan ölkələr sırasında yer aldı. Respublikamızın ən yaxşı tibb müəssisələri xəstəliyə yoluxanların müalicəsinə cəlb olundu. Paralel şəkildə, müasir avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanalar, laboratoriyalar quruldu, mövcud xəstəxanalarda çarpayı sayı artırıldı. Həmçinin əhaliyə genişmiqyaslı dəstək tədbirləri həyata keçirildi. Həmin çətin günlərdə ölkə vətəndaşlarının sağlamlığının qorunması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdi. Həmçinin ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində genişmiqyaslı peyvəndləmə kampaniyası aparıldı. Bütün bunların nəticəsi olaraq Azərbaycan pandemiyanın pik mərhələsindən daha az itkilərlə çıxdı. Azərbaycanın pandemiya dövründə qlobal həmrəyliyə vevdiyi töhfələr də hər cür xoş sözə layiqdir. Həmin dövrdə respublikamız qlobal təhdidə qarşı beynəxalq həmrəyliyin gücləndirilməsi, peyvəndlərin ölkələr arasında ədalətli şəkildə bölüşdürülməsi təşəbbüslərini irəli sürdü və Ümumdünya Səhiyyə Təşkilatına, ayrı-ayrı ölkələrə böyük həcmlərdə vəsaitlər ayırdı.

Yaxın tarix hər kəsin yadındadır. Unutmamalıyıq ki, Azərbaycanın COVİD19-un sərt sınağından az itkilərlə çıxmasında cəmiyyətimizin həmrəyliyi, ölkə üzrə könüllülük hərəkatının geniş vüsət alması, tibb işçilərinin peşəkarlığı və fədakarlığı müstəsna rol oynadı. Hazırda respublikamızda da peyvəndləmə kampaniyasına geniş çağırış edilir. Həkimlərin, əlaqədar qurumların həyəcan təbili ciddiyə alınmalı və peyvəndləmənin ölkə üzrə əhalinin bütün təbəqələrini əhatə etməsinə nail olunmalıdır.

Quttereş müraciət edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Beynəlxalq Epidemiya Əleyhinə Hazırlıq Günü ilə əlaqədar müraciətində deyib ki, növbəti pandemiya başlayanda biz daha səmərəli hərəkət etməli, hazırlaşmalı və COVID-19 pandemiyası nəticəsində yaşadıqlarımızdan ibrət götürməliyik.

BMT-nin Baş katibi qeyd edir ki, COVID-19 pandemiyası artıq səhiyyə sahəsində beynəlxalq fövqəladə hal deyil. Lakin xəstəlik hələ də dövr etməkdə, onun dağıdıcı fəsadları isə hiss olunmaqdadır.

A.Quterreşin sözlərinə görə, pandemiyanın vurduğu iqtisadi zərər də aradan qaldırılmayıb, əksər ölkələrin səhiyyə sistemləri böyük çətinliklərlə qarşılaşır. Bundan başqa, milyonlarla uşaq planlaşdırılan peyvəndlənməni ötürərək xəstələnmə təhlükəsinə məruz qalır. COVID-19 əleyhinə birinci vaksinin işlənib hazırlanmasından üç il keçdikdən sonra da milyardlarla insan, o cümlədən böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayanlar müdafiəsiz qalır.

“Dünya birgə səylərlə viruslar üzərində epidemioloji nəzarəti yaxşılaşdırmalı, səhiyyə sistemlərini möhkəmləndirməli və əhalinin səhiyyə xidmətləri ilə hərtərəfli əhatə olunması vədini həyata keçirməlidir. Zəngin ölkələr pandemiya ilə mübarizə üçün tibbi preparat ehtiyatlarını topladıqda və onlara nəzarət etdikdə, biz mənəvi və tibbi fəlakət imkanlarının qarşısını almalıyıq, hamı üçün diaqnostikaya, müalicəyə və vaksinlərə əlçatanlığı təmin etməliyik”, - deyən Baş katib bu kontekstdə Ümumdünya Səhiyyə Təşkilatının nüfuzunun möhkəmləndirilməsinə və maliyyələşdirilməsinin genişləndirilməsinə çağırıb.

Quterreş əmindir ki, bu səylər öz bəhrəsini verəcək. Sentyabr ayında bu məsələ ilə bağlı yüksəksəviyyəli iclasda aktiv siyasi bəyannamə qəbul olunub. Bu, pandemiya üzrə Cenevrədəki sazişə dair razılaşmaları tamamlayır.

“Gəlin, birlikdə COVID-19 pandemiyasından götürdüyümüz ibrət dərslərini nəzərə alaq, hazırlaşaq və hamı üçün ədalətli və sağlam dünya quraq”, - deyə Quterreş müraciətinə yekun vurub.

MÜBARİZ

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31