Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vaxtında verilmiş qərar

Vaxtında verilmiş qərar

22.12.2023 [10:35]

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması isə bütövlükdə regionumuzda yeni reallıqlar yaradıb. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində də bu amillər önəmli rol oynayır. Məlumdur ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin fevral ayının 7-nə təyin edilmiş prezident seçkilərinə partiyamızın Sədri İlham Əliyevin namizədliyi irəli sürülüb. Cəmiyyətimizin yekdil rəyi ondan ibarətdir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın iradəsinin ifadəsidir.

Məsələ ilə bağlı qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib ki, YAP İdarə Heyətinin iclasında partiyamızın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qəbul edilmiş qərar tarixi bir qərardır. Çünki bu seçkilər müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra keçirilən ilk seçkilərdir. Deputat bildirib ki, 44  günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfər, həm də bu ilin sentyabrında Qarabağda keçirilən  antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı. Bu qələbəyə, yəni ərazi bütövlüyümüzün təmin olunmasına, suverenliyimizin bərpasına gedən yol isə hər saatı, hər anı ilə hesablanmış, planlaşdırılmış bir yol idi. Prezident İlham Əliyevin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmək bacarığı, diplomatik müstəvidə əldə olunan mühüm uğurlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə qazanılan nüfuz, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik əldə edilən qələbələrin əsas şərti kimi çıxış etməkdədir.

“Ümumiyyətlə, Prezident İlham

Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham

Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Bütövlükdə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bütün sahələr üzrə sıçrayışlı inkişafa nail olub, o cümlədən beynəlxalq müstəvidə nüfuzlu dövlətlər sırasına yüksəlib”,-deyən millət vəkili əlavə edib ki, Prezidentin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə sentyabrın 20-də suverenliyimizi tam bərpa etdik. Beləliklə, müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə  qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

P.Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir: “Bütün bunların fonunda, qarşıda dayanan hədəflərə nail olmaq üçün növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin namizədliyini irəli sürməsi təbii qanunauyğunluqdur və xalqımızın mövqeyinin göstəricisidir”.

Millət vəkili Ramil Həsən də bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətini  çəkdiyimiz torpaqlarımızı geri qaytararaq xalqımızın ən böyük arzularını gerçəkləşdirdi. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması, müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Biz bu gerçəklikləri müharibənin başa çatdığı 3 il müddətində aydın şəkildə müşahidə edirik. Əlbəttə ki, bu möhtəşəm nailiyyətlər Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.

“Ali Baş Komandanımız İlham

Əliyev üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərdə ucaldıb. Bu mənada gələn il fevralın 7-də keçiriləcək seçkilər İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin  bariz göstəricisidir. Çünki Prezident İlham

Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Eyni zamanda, şübhə yoxdur ki, növbəti seçkidə xalqımız Qarabağın fatehi İlham Əliyevin yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”, - deyən R.Həsən əlavə edib ki, YAP İdarə Heyətinin İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. O diqqətə çatdırıb ki, xalqımızın öz liderinə olan sevgisinin, növbəti dəfə də prezident seçilməsini arzulamasının əsasında onun gördüyü möhtəşəm işlər, milli maraqlarımızı qətiyyətlə qoruması, xalqın rifahının daim yüksəlməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər və digər mühüm amillər dayanır: “Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq!”.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31