Radikalların “boykot” şousu, yaxud xaricdən verilən sifariş?
19.12.2023 [10:32]
Nardar Bayramlı
“Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar seçkilər keçiriləcək. Artıq ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən müvafiq tədbirlərə başlayıb. Ümumiyyətlə, hüquqi və demokratik dövlət olan Azərbaycanda indiyədək keçirilən seçkilər də azad və şəffaf şəkildə baş tutub. Respublikamızda demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi mövcuddur. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyən edib və 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Lakin Seçki Məcəlləsinin qəbul edilməsi ilə bütün seçkilər vahid qanunvericilik əsasında reallaşdırılır.
Məhz demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət siyasi partiyalar keçirilən seçkilərdə fəal iştirak edirlər”.
Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Ramil Həsən söyləyib.
Deputatın fikrincə bu reallığı qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da deyə bilərik. “Seçki kampaniyasının rəsmi olaraq bir neçə gündür başlamasına baxmayaraq, bəzi siyasi partiyalar bu mühüm siyasi kampaniyada iştiraka qərar veriblər. Bu, partiyaların sivil formada siyasi mübarizə mədəniyyətini nümayiş etdirməsidir. Lakin müxalifətin radikal qanadı həmişəki kimi bu mədəniyyətdən tamamilə uzaqdır. Onların sırasında AXCP və Müsavat Partiyasını qeyd etmək olar. Bu partiyalar hər zaman ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməyib, özlərini Azərbaycan cəmiyyətindən ayırıblar. 44 günlük Vətən müharibəsi zamanı, eləcə də Qarabağda keçirilən antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək birgə bəyanat imzalasalar da, həmin partiyalar bu həmrəyliyə qoşulmaqdan imtina etdilər. Əslində, sözügedən iki partiyanın antimilli fəaliyyəti ilə bağlı saysız-hesabsız faktlar sadalamaq olar. Ancaq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması tədbirlərində milli həmrəylikdən kənarda qalmaq onların Azərbaycan xalqından nə qədər uzaq olduğunu, xaricdəki ermənipərəst dairələrinin əlində alətə çevrildiyini təsdiqləyən faktların “zirvəsi”dir”- , deyə o, bildirib.
Millət vəkili qeyd edib ki, qarşıdan gələn növbədənkənar seçkilərə gəlincə, Müsavat bu seçkilərdə iştirak etməyəcəyini, AXCP boykot edəcəyini bildirib. “Əslində, kiçik bir qrupun seçkiləri boykot etməsinin həmin seçkilərin yüksək səviyyədə keçirilməsinə zərrə qədər də təsiri yoxdur. Amma burada əsas məqam həmin radikalların Azərbaycana düşmən olan xarici qüvvələrin tapşırıqlarını yerinə yetirmələridir. Bu baxımdan, sağlam rəqabətin əvəzinə təxribatları seçmək, qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. “Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Daha dəqiq desək, “boykot” sifarişli təxribatdır. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. Bununla da, radikallar ucuz və hiyləgər addım atmış olurlar”.
Ümumiyyətlə, dünyada mövcud olan ikili standartlar siyasəti milli dövlətlər üçün təhdiddir, deyə o, əlavə edib. “Beynəlxalq münasibətlər sistemində hələ də tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi “iştahaların” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər. Biz son illər bu yöndə neqativ beynəlxalq təcrübənin dəfələrlə şahidi olmuşuq. Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir. Radikal təfəkkürün əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanıb.
Azərbaycana gəlincə, bəllidir ki, ideoloji dərinlik, şəxsi nailiyyət, ictimai nüfuz, intellektual potensial, sadiq elektorat, habelə uğurlu siyasət üçün önəmli hesab olunan bütün digər amillərdən məhrum olmuş radikallar məhdud sayda olan insanlardan ibarət amorf dəstədir. Acıq nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Seçki kampaniyası dövründə radikallar, konkret olaraq Əli Kərimli kimilər cəmiyyətimizdə çaşqınlıq yaratmaq üçün hər cür addımlar atmağa hazırdır. Ancaq ölkə vətəndaşlarının radikalların təxribatlarına uymayacağı, seçkilərdə fəal şəkildə iştirak edəcəkləri şübhəsizdir. Ötən illərin də təcrübəsi göstərir ki, radikal müxalifətin cəmiyyətimizdə sosial dayaqları mövcud deyil”, - deyə o, fikrini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

