Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir
13.12.2023 [10:20]
Azərbaycanın 2023-cü ildə qazandığı, imza atdığı hər bir uğur “Heydər Əliyev İli”nə töhfələrdir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu reallıq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tərəfindən böyük inamla qeyd edilir ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Azərbaycan məhz dahi şəxsiyyətin yaratdığı möhkəm təməl əsasında inkişaf etdi, bu gün hər birimizin qürur mənbəyinə çevrildi. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə dövlətə, xalqa xidməti ilə lider amilinin hər bir ölkənin inkişafında əsas faktor olduğunu nümayiş etdirdi.
Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli ?iderin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
“Anam məni Azərbaycan üçün dünyaya gətirmişdir” fikirləri Ulu Öndərin kredosu olub. O, özünü bütünlüklə Vətəninə, xalqına, dövlətinə həsr etmişdir. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam” çağırışı dövlətinə, xalqına bağlılığını ifadə etməklə yanaşı, hər bir azərbaycanlının həyat amalına çevrildi. Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri Onun xidmətlərinin təqdimatıdır. Onun xalq, dövlət üçün gördüyü işləri sadalamaqla bitməz. Heydər Əliyevin xidmətləri dünya siyasi sistemində müəyyən edilən “milli lider” çərçivəsinə sığmır. Siyasi liderliyin mahiyyəti dövlətinin milli maraqlarına cavab verən yeganə və bənzərsiz inkişaf yolunu müəyyən etmək, xalqını yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir. Milli lider həyatda olmasa da onun siyasi xətti siyasi idarəçilik nəzəriyyəsinə, dövlətçilik fəlsəfəsinə, milli quruculuğun təcrübəsinə çevrilir. Azərbaycan xalqı xoşbəxtdir ki, onu Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Dahi şəxsiyyətin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Məhz Onun zəngin dövlətçilik təcrübəsi əsasında Azərbaycan bütün çətinlikləri dəf etdi, inkişaf, tərəqqi yoluna çıxdı, hazırda qalibiyyəti ilə dünyaya səs saldı. Bu gün qalib Azərbaycanın uğurlarında, dünyaya təqdim etdiyi inkişaf yolundan bəhs edirik.
Müstəqilliyimizin bərpasından sonrakı dövrün hər bir mərhələsinin tarixi paralellər fonunda müqayisəli təhlili dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərinin aydın təsəvvürünü yaradır. Müstəqilliyimizin bərpasının ilk illəri, 1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr tariximizin faciəli, qara səhifəsi kimi vərəqlənir. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqlarımızın işğalı da davamlı hal almışdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdı. Azərbaycan haqqında məlumatsızlıq, informasiya blokadasında olması erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Ulu Öndər Heydər Əliyev idi. Əbəs yerə 15 iyun 1993-cü il Azərbaycanın milli dövlətçilik tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi yazılmadı. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas oldu, müstəqilliyimizin daimiliyi, əbədiliyi təmin edildi.
Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Onun zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlötçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Uğurlu daxili siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes mühitinin formalaşdırılmasını təmin etdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizə inam artdı, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı, insanlar Ümummilli Liderin ətrafında daha sıx birləşərək Azərbaycanın qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərdilər.
Hər bir ölkənin iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin, səylərin birləşdirilməsinin rolunu xüsusi vurğulayan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu, bir daha ölkəmizə inamın hansı səviyyədə olduğunu nümayiş etdirdi. İllər keçdikcə yeni-yeni neft və qaz sazişlərinə imza atıldı, Azərbaycan malik olduğu təbii enerji resurslarından səmərəli istifadə etməklə hərtərəfli inkişafını təmin etdi. Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Azərbaycan Respublikası Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığın təminatında əhəmiyyətli rol oynayır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradır. Hazırda neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdən biridir. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən belə bir çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. “Neft kapitalını insan kapitalına çevirək!” tezisi həyata keçirilən siyasətin əsas tərkib hissəsidir. Xatırlasaq cənab İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavab olaraq bildirmişdir ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Qarşımızda yeni vəzifələr dayanır.
“Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavabında isə bildirmişdir ki, Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə dinamik şəkildə inkişaf edir. Vəzifəmiz bundan ibarətdir ki, bu ənənələri inkişaf etdirək, sahibkarlara gözəl şərait yaradaq. Çünki iqtisadiyyatımızın birinci inkişaf mərhələsi dövlətin qayğısı ilə bağlıdır. Dövlət tərəfindən görülən tədbirlər nəticəsində sərmayəni cəlb edə, neft sektorunu inkişaf etdirə bildik. Bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır. Bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Sahibkar sinfi yaranacaq, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaq, iş yerləri də açılacaq.
İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hərtərəfli inkişafını şərtləndirir. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensialından səmərəl istifadə etmək məqsədilə Regional inkişaf proqramları icra edilir. Hazırda bölgələrimiz arasında sağlam rəqabət gedir, ölkəmizin hərtərəfli inkişafı təmin edilir. Hazırda Dövlət Proqramlarının uğurlu icrası nəticəsində güclü sahibkarlar sinfi formalaşıb. 2 mindən artıq yeni iş yeri açılıb. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi yer alır ki, yeni iş yerlərinin yaradılması davamlı proses olmalıdır.
Azərbaycan Ümummilli Liderin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində iqtisadi imkanları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Bu statistik rəqəmi xüsusi qeyd etməliyik ki, hazırda ölkə iqtisadiyyatına 310 milyard dollar vəsait yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə davamlı inkişafa yol açdı. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atıldı. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı. Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ümummilli Liderin fəaliyyətinin əsasında Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Onun xarici ölkələrə elə bir səfəri yox idi ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs etməsin. Erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələri qeyd edərkən xaricdə varlığını, təqdimatını xüsusi vurğulamışdır. Bunun üçün ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması prioritet məsələlər sırasında idi. Azərbaycan Ümummilli ?iderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində dünyaya Günəş kimi doğdu. Dünya birliyinin fəal üzvünə çevrildi.
Dahi şəxsiyyətin xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Çünki Ulu ?ndərin 2003-cü ildə xalqa tarixi müraciəti uğurlarımızın miqyasının genişliyini şərtləndirdi. Ümummilli ?ider həmin müraciətində bildirmişdir ki, öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam: “Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var... öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycana qalibiyyət sevincini yaşatdı. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Cənab İlham Əliyev andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə belə bir müraciəti etmişdir: “Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bu il Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağının dalğalanması verdiyi vədin reallığa çevrildiyinin təqdimatıdır. Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. 20 ildə verdiyi bütün vədləri, vəzifələri uğurla icra etdiyini böyük qürur hissi ilə qeyd edən Müzəffər Ali Baş Komandan İlham Əliyev adını çoxəsrlik tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində keçirilən hərbi paradda səsləndirdiyi “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi” fikirlər 20 ildə keçilən yolun aydın mənzərəsini təqdim edir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı Zəfər tarixi yeni reallıqlara yol açdı. Son üç ildə azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyev bu hədəfi hər birimizdə böyük qürur hissi yaradır: “2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.”
Azərbaycanın keçdiyi inkişaf yolunun, uğurlarının bələdçisi olan, Ulu Öndər Heydər Əliyevin ideyalarını təbliğ edən Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda təsdiqlədiyi yeni Proqramı ilə yeni-yeni hədəflərə doğru inamla addımlayır. “Biz birlikdə güclüyük!” devizi əsasında təsdiqlənən yeni Proqramda Böyük Qayıdış Proqramının icrasına dəstək əsas yer tutur. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qarşıda dayanan bütün hədəflərə zamanında nail olacağıq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Reallıq budur ki, bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Sədaqət Vəliyeva,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

