Beynəlxalq birlikdən alqış...
09.12.2023 [11:20]
Fransa yenə də “sevinmədi”
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatının müəyyən razılaşmalara dair birgə açıqlamasını alqışlayırlar
Nardar BAYRAMLI
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatının müəyyən razılaşmalara dair birgə açıqlaması beynəlxalq birlik tərəfindən təqdir olunur. Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılığın əldə olunması ilə bağlı açıqlama verib.
Türkiyə XİN: Sülh sazişinin ən qısa zamanda imzalanmasını arzu edirik
Türkiyə XİN-in açıqlamasında deyilir: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı tərəfindən yayılan birgə açıqlamada bildirilən, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılması istiqamətində razılığın əldə olunmasına dair qərarından məmnuniyyət hissi keçirir, gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələrin davam etdirilməsi fikrini dəstəkləyirik. Cənubi Qafqazda daimi sülhün və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək Azərbaycan və Ermənistan arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını arzu edirik”.
Şarl Mişel: Bu irəliləyiş vacib addımdır
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də Azərbaycanla Ermənistanın birgə yaydığı bəyanatı alqışlayıb. Bu barədə Şarl Mişel sosial şəbəkə hesabında yazıb. “Saxlanılanların azad edilməsini və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi “Brüssel prosesi”nin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi isə liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, - deyə Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb
Cozep Borrel: Bu, mühüm siyasi addımdır
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel də Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb. Aİ-nin ali nümayəndəsi bu barədə “X” sosial şəbəkə hesabında yazıb: “Avropa İttifaqı Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır. Bu, mühüm siyasi addımdır”, - deyən Cozep Borrel əlavə edib ki, regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq.
ABŞ: Vaşinqton sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək
Amerika Birləşmiş Ştatları (ABŞ) da Azərbaycan və Ermənistan arasında saxlanılanların dəyişdirilməsi ilə bağlı razılığı yüksək qiymətləndirib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında bildirilib: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni məhbusunun azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı Cənubi Qafqaz xalqlarına daha dinc və firavan gələcək naminə zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq. ABŞ davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”. Rusiya XİN: Tərəflər arasında razılaşmanı alqışlayırıq
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatının münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında sülh sazişinin imzalanmasına dair tərəflərin ortaq niyyətini təsdiq edən birgə açıqlaması Moskvada da məmnunluqla qarşılanıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məsələni şərh edərkən deyib: “Bakı ilə İrəvan arasında erməni və azərbaycanlı hərbi qulluqçuların azad edilməsi üzrə razılaşmanı alqışlayırıq. Rusiya saxlanılmış şəxslərin “hamını hamıya” prinsipi üzrə mübadiləsi ideyasını ardıcıl şəkildə təşviq edib. Bu, etimadın qarşılıqlı möhkəmləndirilməsinə kömək edir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri üçtərəfli kompleks razılaşmaların məcrasında Ermənistan-Azərbaycan normallaşdırılması prosesinin irəliləməsi üçün yeni imkanlar açır”.
M.Zaxarova əlavə edib ki, Rusiya İrəvanın xoş niyyətinin təzahürü kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləməsini, həmçinin Bakının Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini bəyan etməsini alqışlayır. Rusiya tərəfi (Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev) BMT-nin Çərçivə Konvensiyası üzrə ümumi razılaşmanın əldə edilməsi istiqamətində Bakı və İrəvanla görüşlər keçirib.
ATƏT və NATO da dəstək ifadə edib
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani də hesab edir ki, Azərbaycanın və Ermənistanın verdiyi birgə bəyanat dayanıqlı sülhə gedən yolda ehtiyac duyulan müsbət addımdır. O qeyd edib ki, ATƏT “davamlı dialoq üçün platforma kimi və sazişlərin icrası üzrə tərəfdaş kimi kömək etməyə hazırdır”.
“NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”. Bu fikri isə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavier Kolomina özünün “X” hesabında bildirib. “Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıram. NATO bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”, - deyə xüsusi nümayəndə qeyd edib.
Almaniya və Avstriya da razılaşmanı dəstəkləyib
Almaniyanın xarici işlər naziri Annalena Berbok da “X” hesabında bildirib ki, rəsmi Berlin Avropa İttifaqı ilə birgə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün intensiv işləyir: “Azərbaycan və Ermənistan arasında elan edilmiş etimad addımları ümid verir. Saxlanılanların qarşılıqlı azadlığa buraxılması vacib addımdır. Hərtərəfli sülh razılaşması imkanının dəyərləndirilməsi üçün biz Avropa İttifaqı ilə birlikdə intensiv çalışırıq”.
“Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayırıq”. Bu fikirlər isə Avstriya Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib. “Biz Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyətləri barədə birgə açıqlamasını alqışlayırıq. Bu, bütün Cənubi Qafqazın sabitliyinə, təhlükəsizliyinə və rifahına təkan olar. Biz Avropa İttifaqı ilə birlikdə bu səyləri dəstəkləməyə hazırıq”-deyə, Avstriya XİN bəyan edib.
Fransa reaksiya verməyib
Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmanı dəstəkləyənlər arasında hələ ki, Fransa yoxdur. Bu fakt Makron hökumətinin Cənubi Qafqazda sülhün təmin edilməsində maraqlı olmadığını göstərir. Ermənistan bundan nəticə çıxarmalı, Fransanın təxribatçı addımlarına uymamalıdır.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

