ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı...
08.12.2023 [11:40]
İcma: ABŞ-ın sözügedən qurumu Ermənistanda azərbaycanlılara məxsus dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir
NARDAR
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyası dini azadlıqlara dair hesabatının ölkəmizlə bağlı hissəsində qərəz və Azərbaycanofobiyaya yer verib. BMT missiyasının 2023-cü ilin oktyabrında Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərdən sonra dərc etdiyi hesabatda oradakı mədəni və dini abidələrə heç bir zərər verilmədiyini təsdiqləməsinə baxmayaraq, komissiya naməlum “insan haqları təşkilatları”nın hansısa narahatlıqları olduğunu qeyd edir.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması açıqlama verib. Açıqlamada bildirilib: “Bu hesabat Dövlət Departamentinin cari ilin mayında bu mövzuda dərc etdiyi anti-Azərbaycan hesabatı ilə eyni dəsti-xətlə yazılıb. Komissiyanın hesabatının Dövlət Departamentinin hesabatından yeganə fərqi Azərbaycana qarşı iddialarını əsaslandırmaq üçün radikal millətçi erməni müəllifləri olan L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyana daha açıq şəkildə istinad etməməsidir. Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən ABŞ-ın sözügedən qurumu, nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir”.
Qərbi Azərbaycan İcması ABŞ-dan Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edib. Və bəyan edib ki, ABŞ insan hüquqları və dini irs məsələsində səmimidirsə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməli, Ermənistanda dağıdılan Azərbaycan dini və mədəni irsinin bərpasına dəstək verməlidir.
Ümumiyyətlə, Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi xarakterizə olunur. Tarixən müxtəlif dinlərin və millətlərin birgə yaşadığı Azərbaycanda istər dini, istərsə də milli-etnik dözümlülük yüksək səviyyədə olub. Multikulturalizmi öz həyat tərzinə çevirən Azərbaycanda ənənəvi dini ritualların həyata keçirilməsi istiqamətində heç bir problem yoxdur. Ən əsası isə insanların din, vicdan azadlığı ölkə Konstitusiyası ilə tənzimlənir. Eyni zamanda, Azərbaycan dini icmalara hər cür kömək, o cümlədən maddi dəstək verən azsaylı dövlətlərdəndir. Təbii ki, qeyri-insani və ya radikalizmə söykənən, ölkə qanunvericiliyinə zidd fəaliyyət göstərən istənilən təşkilatın, o cümlədən dini qrupların fəaliyyəti haqlı olaraq məhdudlaşdırılır, onlara qarşı hüquqi çərçivədə tədbirlər görülür. Görəsən, ABŞ-ın özündə qeyri-ənənəvi və ya radikal ekstremizmə istinad edən fəaliyyətlərin qarşısının alınması yönündə hər hansı addımlar atılmırmı?
Digər tərəfdən, Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan zərərə və dağıntılara, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, məscid, ziyarətgah talan edilib, qəbiristanlıqlarımız vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb, torpaqlarımız minalanmış sahəyə çevrilib. Necə olur ki, özünü azadlıq və demokratiya carçısı kimi təqdim edən ABŞ heç vaxt bu hərəkətlərdən narahatlıq ifadə etməyib. Ermənilərin işğal zamanı törətdikləri vandallıqlara heç nə haqq qazandıra bilməz. Ona görə də, yaxşı olardı ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası obyektivlik nümayiş etdirərək Ermənistanın Azərbaycan xalqının dini irsinə qarşı törətdiyi cinayətləri öz hesabatlarına daxil etsin.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

