Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

02.12.2023 [16:30]

İranda havanın çirklənməsi insanların sağlamlığını ciddi təhdid edir. Bu səbəbdən paytaxt Tehranda uşaq bağçaları və məktəblər bağlanılıb. 

AZƏRTAC Mehr agentliyinə istinadla xəbər verir ki, Tehranın hakimiyyət orqanları uşaqları və qocaları ehtiyac yaranmadığı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, şəhərdə yük maşınlarının hərəkətinə müvəqqəti qadağa qoyulub.

Paytaxt əhalisi şiddətli başağrılarından, ürəkbulanmadan, öskürəkdən və nəfəs darlığından şikayətlənir.

Qeyd edək ki, İranda, xüsusən Tehranda havanın çirklənməsi ciddi problem olaraq qalmaqdadır. Səhiyyə Nazirliyinin məlumatına görə, çirkli hava hər il minlərlə insanın ölümünə səbəb olur. Havanın çirklənməsinin əsas səbəbi paytaxtda milyonlarla avtomobilin olmasıdır.

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31