20-ci əsrin vəbası...
01.12.2023 [11:04]
Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
Qorxulu infeksion xəstəliklərdən biri də QİÇS-dir (Qazanılmış İmmun Çatışmazlığı Sindromu). Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Statistik məlumatlara əsasən, hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, o qədərdən də çox insan İİV infeksiyasına yoluxur, 400 min körpə isə bu virusun daşıyıcısı kimi dünyaya göz açır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək risk qrupuna aid olan narkotik istifadəçiləri arasında yayılıb.
Artıq 35 ildir ki, dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, 20-ci əsrin vəbası hesab olunan infeksiyanın 21-ci əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
QİÇS nədir?
İİV insanın immun çatışmazlığı virusudur, QİÇS isə qazanılmış immun çatışmazlığı sindromudur. Beynəlxalq aləmdə, o cümlədən bizdə onların ingiliscə HİV (Human İmmunodeficiency Virus) və AİDS (Acquired İmmune Deficiency Syndrome) abreviaturalarından da istifadə olunur.
QİÇS orqanizmin infeksiyalara qarşı ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji və infeksion xəstəliklərin dirçəlməsinə səbəb olur. Əslində bu xəstəlik mahiyyətcə İİV infeksiyasının son mərhələsidir. İİV nəticəsində insanın immun sisteminin dərin zədələnməsi səbəbindən yaranan xəstəlikdir. Ona görə də, İİV-ə yoluxmaq hələ QİÇS xəstəliyinə tutulmaq deyildir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan onun adına AİDS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu abreviaturadan istifadə edilir. Güman edilir ki, xəstəlik keçən əsrin ortalarında Mərkəzi Afrikada peyda olub və yerli əhaliyə meymunlardan keçib. Sonradan isə Haiti adalarına, oradan da Amerika və Qərbi Avropaya yayılıb. QİÇS ilk dəfə Azərbaycanda 1987-ci ildə müəyyən edilib.
Xəstəliyin orqanizmdə gedişi və simptomları
Orqanizmə yol tapan İİV insanın müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir. Yoluxma zamanı qanda ona qarşı anticisimlər aşkar olunur. Bu orqanizm üçün çox təhlükəli olsa da, bir çox hallarda immundefisit virusuna yoluxanlar illərlə xəstələnmirlər, 5-10 il ərzində sağlam görünürlər, çox zaman isə bədənlərində virusun olmasından xəbərsiz olurlar.
İİV-lə yaşayan bəzi insanlarda klinik əlamətlər hətta 20 və daha çox il ərzində üzə çıxmaya bilər. Xəstəliyin gedişi insanın orqanizmin ümumi vəziyyətindən, immun sisteminin durumundan, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından, ümumiyyətlə, insanın öz həyatına və diaqnozuna münasibətindən asılı olur. HİV ləng gedən infeksiyalar qrupuna aiddir. İnkişafı bir neçə mərhələdən keçir:
İlk latent dövrü 15 ilə qədər davam edə bilər. Bu dövr orqanizmin immun sisteminin vəziyyətindən, virusun miqdarından və yoluxma mexanizmindən asılıdır.
Latent dövründən sonra gələn və təxminən 3-5 il davam edən Generalizə olunmuş limfadenopatiya mərhələsində müxtəlif qrup limfa düyünlərinin bir neçə ay ərzində böyüməsi baş verir. Limfadenopatiya sindromu inkişaf etməyə başlayır.
Sonra QİÇS öncəsi dövr başlayır və bir neçə il davam edir. Bu dövrdə artıq immun çatışmazlıq fonunda xəstələrdə limfadenopatiya, 37 dərəcəli temperaturla davam edən qızdırma, diareya, tərləmə, ümumi əzginlik və zəiflik, arıqlama, uzun müddətli ishal, səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi, yuxarı tənəffüs yollarının virus infeksiyaları müşahidə olunur,
Sonuncu QİÇS mərhələsi isə təqribən 2 il davam edir. Bu mərhələdə immun sistemin tam iflic olması ilə əlaqədar demək olar ki, qanda anti-QİÇS-antitellər aşkar olunmur, Virusların miqdarı isə kəskin şəkildə yüksəlir. Pasiyentlərdə bəd xassəli şişlər, opportunistik adlanan bir çox infeksiyalar (vərəm, pnevmoniya və s.) baş qaldırır və sonda xəstənin ölümü ilə nəticələnir.
Necə qorunaq?
Tibbi araşdırmalara görə, yolxucu HİV orqanizmin dörd mayesində cəmləşir: qan, sperma, vaqinal maye və ana südündə. Virus ətraf mühitin amillərinə qarşı davamsızdır və onların təsiri altında tez bir zamanda məhv olur. Ağız suyundan, tər, göz yaşı, sidikdən praktiki olaraq HİV ilə yoluxdurma halları baş vermir. Çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayət qədər deyil. İİV-lə yoluxma qucaqlaşmadan, əl sıxmadan, saunada və ya hovuzda çimməkdən, məişət və ofis əşyalarından birgə istifadədən, həşəratların sancmasından, öskürəkdən və s. kimi kontaktlardan baş verə bilməz.
Erkən diaqnostikanın çox mühüm əhəmiyyəti var. Belə ki, hamilə qadının İİV-ə yoluxduğu vaxtında aşkar olunarsa, profilaktik tədbirlər və müalicə nəticəsində anadan uşağa yoluxma təhlükəsinin qarşısı alınır. Bundan əlavə, İİV testindən keçməklə yoluxma riski ilə üzləşmiş şəxs yoluxub-yoluxmadığı barədə şübhə və narahatlıqdan azad olur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39

