Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

29.11.2023 [13:26]

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın noyabrın 29-da keçirilən Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında məsələyə baxılıb.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 5.6. bəndinə əsasən, dünya miqyasında dövlət, ictimai, elm və mədəniyyət xadimləri kimi tanınmış Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər AMEA-nın fəxri üzvləri seçilə bilərlər.

Ümumi yığıncağın Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31