Rediküllərin “vətənpərvərlik dərsi”...
14.10.2023 [11:36]
Xalqına xəyanət edən AXCP sədri Azərbaycan gəncliyinin xidmətini danır
Dünyada baş verən bütün qlobal və lokal hadisələri Azərbaycanla “əlaqələndirməyə” çalışan redikül müxalifət nümayiş etdirdiyi “mövqe” ilə özünü ifşa edir. Başqa sözlə, çəkdiyi “müsbət nümunələrin” Azərbaycandakı analogiyasının heç birində yer almayan, iştirak etməyən rediküllər əsl simalarını cəmiyyətə nümayiş etdirirlər. Məsələn, İsraildə baş verən hadisələrlə bağlı sosial şəbəkələrdə post yazan AXCP sədri Əli Kərimli bu ölkədəki səfərlbərliyi “yüksək” qiymətləndirib. Hətta bu mexnizmi “saat kimi işləyən səfərbərlik mexanizmi” adlandıran Kərimli dünyada başqa heç bir dövlətin bu səviyyəli səfərbərlik mexanizmi qura bilmədiyini vurğulayıb. Bir az daha irəli gedən AXCP sədri “biz də daxil olmaqla, bütün dünyanın bu səfərbərlik mexanizmindən öyrənəcəyi çox şey var” kimi qeyd edib: “Ancaq unutmayaq ki, dövlət mexanizmlərini bu qədər mükəmməl işlədən də xalqın öz dövlətinə ürəkdən bağlı olmasıdır. İsraildə orduya səfərbər olunan adamlar nəinki ordudan yayınmadı, üstəlik xaricdə olan hərbi mükəlləfiyyətlilər də kütləvi şəkildə ölkələrinə qayıtdı. İsrailin özündə isə səfərbərliyə cəlb etmə yaşı keçmiş insanlar da orduya qoşulmaq üçün kütləvi müraciət etdi. Deməli, güclü dövləti də, güclü ordunu da qurub ayaqda saxlayan vətənpərvər və güclü vətəndaşdır”.
Əli Kərimli kor təfəkkürü ilə Azərbaycan xalqının 2020-ci ildə milli mənafe uğrunda nümayiş etdirdyi birliyi yenə də kiçildir, gözardı etməyə çalışır. Ermənipərəst xislətə malik, xalqa və dövlətə düşmən kəsilən Kərimli ölkəmizdəki xalq-dövlət birliyinin əldə etdiyi uğurları qeyd etməyə qısqanır - bu, birmənalı şəkildə bəlli olur.
Azərbaycan gəncliyi 2020-ci ildəki çətin günlərdə qürur səlnaməsi, qəhrəmanlıq dastanı yazmaq üçün ayağa qalxdı. “Azərbaycan gəncləri fəal, vətənpərvər, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”, - deyən Prezident İlham Əliyevin bir çağırışı Azərbaycan gəncliyi üçün yetərli oldu - dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü.
Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi. Ən əsası isə Azərbaycan gənci həmin günlərdə döyüşdən başqa heç bir şey fikirləşmədi. Bu, dünya tarixində görünməyən bir hadisə idi - bir ordunun bütövlükdə, döyüş günlərində fərarisi olmasın. Əli Kərimli eşitsin və bilsin ki, dünya üçün birliyin, həmrəyliyin, vətənpərvərliyin AZƏRBAYCAN NÜMUNƏSİ var.
O başqa məsələdir ki, həmin çətin günlərdə, Vətən müharibəsi günlərində Əli Kərimli və rəhbərlik etdiyi partiya dövləti və xalqı ilə eyni cərgədə dayanmadı - milli həmrəyliyə, birliyə qoşulmadı. Hər zaman öz şəxsi maraqlarını ölkənin, xalqın mənafeyindən üstün tutan Əli Kərimli Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə dəstək Bəyanatına imza atmadı. Başqa sözlə, Azərbaycanın haqq işini rəsmən dəstəkləmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı da siyasi partiyaların Azərbaycan dövlətinə dəstək bəyanatlarına qoşulmayaraq milli həmrəyliyə qarşı çıxan Əli Kərimli satqın, xəyanətkar mövqeyini davam etdirdi. AXCP onu maliyyələşdirən Ermənistanın havadarlarının diktəsi ilə hərəkət etdi. Bu gün İsrail nümunəsi əsasında xalqa “vətənpərvərlik dərsi” keçməyə niyyətlənən Kərimlinin riyakar və simasız olması, siyasi fəaliyyətinin isə xəyanətdən ibarət olması bu məsələdə növbəti dəfə təsdiqləndi...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34

