Dövlət qayğısının real təzahürü!
21.04.2023 [10:16]
Şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib...
Yeganə BAYRAMOVA
Torpaqlarımız uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə əlillərinə qayğı ölkəmizdə yüksək səviyyədədir. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanda şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğı nümunəvidir. Məsələn, bu kateqoriyadan olan insanlara mənzillərin təqdim olunması dünyanın əksər ölkələrində rast gəlinməyəcək bir təşəbbüsdür. Ancaq dövlətimiz bu istiqamətdə demək olar ki, bütün şəhid ailələri və müharibə əlillərini əhatə edəcək addımlar atır. Dünyada gedən iqtisadi proseslərdən asılı olmayaraq hər il bu işlər həyata keçirilir. Sevindirici haldır ki, dövlətin şəhid ailələri, müharibə veteranlarına maddi dəstəyi ilə yanaşı, mənəvi dəstəyi də ən yüksək səviyyədədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron, Tərtər, Goranboy, Ucar və Zərdab rayonlarında daha 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Bu məqsədlə Suraxanı rayonu, Hövsan qəsəbəsindəki MİDA-nın Hövsan Yaşayış Kompleksində evlərin təqdim olunması mərasimi keçirilib.
124 min şəxsə 281 min xidmət
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramına ötən əsrin 90-cı illərində Ümummilli Liderin təşəbbüsü ilə başlandığını vurğulayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək paketi çərçivəsində ötən dövrdə 124 min şəxsə 281 min xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu sosial dəstək paketi çərçivəsində mənzil, fərdi evlə təminat proqramı da 5 dəfə genişlənib.
Vətən müharibəsindən sonra 13 460 mənzil verilib
2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə isə 13 460 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı uyğun olaraq 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək. Yeni mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqları, həmçinin yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dövlətimiz şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Deputat qeyd edib ki, Prezident bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.
Maddi və mənəvi dəstəyin vəhdəti
Onun sözlərinə görə, dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühüm addımlar atılır: “İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə, bu günə kimi bu kateqoriyaya aid olan çoxlu sayda şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Eyni zamanda, qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar. Şəhid ailələri və müharibə əlillərinə maddi və mənəvi dəstəyin vəhdət şəklində göstərilməsi dövlət siyasətinin əsasında vətəndaş amilinin dayandığını bir daha göstərir”.
İqtisadi güc artdıqca sosial ödənişlər də artır
Parlament üzvü bildirib ki, ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır: “Bununla bağlı dövlət başçısı tərəfindən son illər ərzində müvafiq sərəncamlar imzalanıb. Prezidentin imzaladığı həmin sərəncamlara əsasən isə şəhid ailələrinə, qazilərə və digər həssas qrupa aid insanlara verilən təqaüdlərin həcmi artırılıb. Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, müharibə veteranlarına diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Göstərilən rəqəmlər bir daha dövlətin bu kateqoriyadan olan insanlara diqqətinin bariz nümunəsi, Prezident qayğısının real təzahürüdür. Dövlət hər zaman bu kateqoriyadan olan vətəndaşlarının yanındadır və onlarla bağlı bütün məsələlər daim cənab Prezidentin diqqət mərkəzindədir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29

