BDU-da “Heydər Əliyev və Multikulturalizm” mövzusunda tədbir keçirilib
12.04.2023 [13:28]
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Multikulturalizm” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Dekan qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində Hüquq fakültəsində mütəmadi tədbirlər təşkil olunur.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov mövzu ilə bağlı mühazirəsi dinlənilib.
Rəvan Həsənov öncə mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. İcraçı direktor mühazirəsində vurğulayıb ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir.
O diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm modelinin siyasi banisidir. O, Azərbaycan xalqının əsrlər ərzində təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb.
Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.
Rəvan Həsənov bildirib ki, müxtəlif millətlərin və dinlərin nümayəndələri min illərdən bəri ölkəmizdə dost və qardaş kimi yaşayıb, Azərbaycanı ümumi vətənləri kimi qoruyublar. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də Azərbaycanın Milli Ordusunun sıralarında ölkəmizdə yaşayan müxtəlif xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri xidmət etmiş, Vətənin müdafiəsinə qalxmışlar. Onların hər biri ölkəmizin ərazi bütövlüyünün bərpası naminə canlarından keçməyə hazır olduqlarını misilsiz şücaətləri ilə sübuta yetirmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş yüzlərlə şəhidin arasında müxtəlif xalqların övladları - aqarunovlar, yakovlevlər, polovinkolar, senyuşkinlər və başqaları kimi igid döyüşçülərimiz də vardır. Azərbaycan xalqı onların əziz xatirəsini əbədi yaşadacaq, heç zaman unutmayacaqdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15

