Aviasiya və Kosmonavtika günüdür
12.04.2023 [11:18]
Nicat
12 aprel bütün dünyada aviasiya və kosmonavtika günü kimi qeyd olunur. Beynəlxalq Kosmonavtika Günü 1962-ci ilin bu günündə elan olunub. Aviasiya və Kosmonavtika gününün təsis edilməsi insanın kosmosa ilk uçuşunu gerçəkləşdirməsi ilə əlaqəlidir. Belə ki, 1961-ci ilin 12 aprelində Yuri Qaqarin kosmosa uçan ilk insan olaraq adını dünya tarixinə yazdırmağı bacardı. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin və mənimsənilməsinin başlanğıcı oldu.
Bu bayram əvvəllər ancaq SSRİ-də keçirilirdi. Amma artıq belə deyil. Belə ki, BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən 12 Aprel Beynəxalq Kosmosa Uçuş Günü (Space Probe Day) kimi bütün dünyada qeyd olunur. Başlanğıcda kosmosun tədqiq edilməsi, ABŞ və SSRİ arasında strateji yarış şəklini alsa da, sonralar bu, bir əməkdaşlığa çevrildi. SSRİ dağıldıqdan sonra bu işi Rusiya Federasiyası davam etdirir.
Kosmonavtika tarixində ilk beynəlxalq uçuş isə 15 iyul 1975-ci ildə gerçəkləşib. Uçuşa rəhbərliyi Sovet gəmisi “Soyuz-19” və Amerika gəmisi “Apollon” edirdi. ABŞ kosmonavtlarının Aya uçmasını çıxmaqla, bütün digər ilk addımlar SSRİ tərəfindən atılıb.
Məlumatlara görə, bu günə qədər kosmosa təqribən 517 insan uçub. Onlardan 55-nin qadın olduğu deyilir. 22 kosmonavt isə indiyədək müxtəlif şəraitdə həyatını itirib.
XXI-ci əsrdə kosmik texnologiyalarda təəccübləndirici inkişaf özünü göstərir. On minlərlə kosmik peyk Yer ətrafında fırlanır, kosmik vasitələr Aya enir və oradan torpaq nümunələri gətirir.
8 fevral 2013-cü il tarixində Azərbaycan da kosmik ölkələrdən birinə çevrildi. Bu tarixdə Azərbaycanın ilk rabitə peyki Azerspace/Africasat-1a geostasionar orbitdə 46 dərəcə şərq uzunluğunda istifadəyə verildi. Peyk, eyni zamanda, Arianespace şirkətinin Kuru kosmodromu tərəfindən də sınaqdan keçirildi. Azerspace-1-in tətbiq zonasına Avropa, Qafqaz, Orta Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.
Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC Qafqaz regionunda ilk peyk operatorudur. Azərbaycanın Azerspace-2/İntelsat 38 geostasionar peyki isə 25 may 2018-ci il işə salındı.
Ümumilikdə orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb: “Azərspace-1” (2013), “Azərsky” (2014) və “Azərspace-2” (2018).
“Azerspace-1” Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropaya, həmçinin “Azersky” bütün dünyaya, o cümlədən “Google” kimi iri amerikan şirkətlərinə telekommunikasiya xidmətləri göstərir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15

