Heydər Əliyevin 100 illiyinə yubiley medalı
31.03.2023 [10:25]
Günel ABBASOVA
2023-cü ilin “Heydər Əliyev İli” kimi adlandırılmasından sonra bir çox tədbirlər həyata keçirilməyə başladı. Müxtəlif sahələrdə çalışan şəxslər, müxtəlif qurumlar “Heydər Əliyev İli”nə öz töhfələrini vermək üçün layihələr hazırlayır, təkliflər irəli sürürlər. Həmin əhəmiyyətli addımlardan biri də Heydər Əliyevin 100 illiyi (1923-2023) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə bağlıdır. Bu barədə “Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik təklif edilib. Layihə ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi olduqca əhəmiyyətlidir: “Bildiyiniz kimi, “Heydər Əliyev İli”nin təsis edilməsi, həmçinin Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Torpaqlarımızın işğalının qarşısını aldı. 1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin möhkəmləndirilməsində öz sözünü dedi. Sabitlik bütün inkişafın əsasıdır. Azərbaycan yenidən quruldu. Dövlətçiliyin əsasları yaradıldı”.
Deputat qeyd edib ki, “Heydər Əliyev İli” dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir: “Bugünkü qalib Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Lakin 2023-cü ilin, ümumilikdə, “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bu günədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq. Tədbirlər Planında da bu kimi müddəalar öz əksini tapır. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istər Naxçıvan mərhələsi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur.
“Heydər Əliyev İli” çərçivəsində dahi şəxsiyyətin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun görəcəyi işlər, gerçəkləşdirəcəyi layihələr hədəflərə çatmağa öz töhfəsini verəcək. Çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə öz töhfələrini verən Heydər Əliyev Fondunun ölkə daxilində, eyni zamanda, xaricində həyata keçirdiyi layihələr ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatı mərasimində dövlət başçısı İlham Əliyev onun Heydər Əliyev Fondunun rəhbəri kimi gördüyü işləri yüksək dəyərləndirərək bildirmişdir ki, bu çoxşaxəli fəaliyyət qəbul etdiyim qərarda əsas rol oynadı. Bir daha vurğulamaq istəyirəm ki, yubiley medalının təsis edilməsi “Heydər Əliyev İli”nin daha da yaddaqalan olması üçün əhəmiyyətli təşəbbüslərdən biridir”
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

