Qərbi Azərbaycan İcması Ermənistan XİN-in qərəzli bəyanatını şərh edib
17.03.2023 [11:08]
Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycanla bağlı qərəzli bəyanatına cavab verib. Bu barədə İcmanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 16 mart tarixində Türk Dövlətlər Təşkilatında Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi bəyanatını yanıldıcı məzmunda təqdim etməyə cəhd edərək, bizim sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdış hüququmuza xələl gətirməyə cəhd göstərib.
"İlk öncə, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların sülh yolu ilə qayıdışına verdiyi siyasi dəstəyə görə və bu məsələni mötəbər beynəlxalq formatların tribunasından ifadə etməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edirik.
Ermənistan hökumətinin etiraz etdiyi Qərbi Azərbaycan ifadəsinə gəlincə, qeyd edək ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95%-dən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur.
İcmanın qayıdış konsepsiyasında həmin ərazidə yaranmış Ermənistan Respublikasını hüquqi-siyasi reallıq kimi qəbul edilir, barışığa və reinteqrasiyaya əsaslanan yanaşmanı əsas götürülür.
Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyimiz məktubumuzda da qeyd etdiyimiz kimi, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz.
Belə olan təqdirdə, Ermənistan tərəfi “Artsax hökuməti”, “Artsax xalqı”, “Artsax ordusu” kimi ifadələr işlətməsinin izahatını verməlidir.
Nəhayət, biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan, qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq",- məlumatda deyilir.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

