Düşüncə tanrısı, fikir adamı...
16.03.2023 [10:44]
Jurnalistin zəhməti, jurnalistin qiyməti
Jurnalistlər cəmiyyətin yükünü, dərdini çəkən, hətta bəzi hallarda ictimai fiqura çevrilmək arzusunda olanları idarə edən şəxslərdir. Biz fikir adamlarıyıq, ancaq bu gün fikir yaratmaqdan ziyadə, fikir çəkən adamlar olmuşuq. Hər kəsə aid olmasa da, cəmiyyətdə yüksək reputasiya qazanmış adamların əksəriyyətini “ikonlaşdıran” da məhz jurnalistlərdir. Ancaq onların bu zəhmətinə qiymət verilirmi? Şübhəsiz bu zəhmətin maddi qarşılığı yoxdur, heç biz də elə bir şey gözləmirik. Ancaq yeri gələndə sözlərini bəzədiyimiz fiqurların, günü gələndə bizə rişxənd etməsi olduqca təsirlidir.
Onlar düşünür ki, jurnalistika bir platformadır, istifadə etdik, məqsədimizə çatdıq, bununla da hər şey yekunlaşdı. Ümumiyyətlə, “jurnalistikadan platforma kimi istifadə etmək” ifadəsi mənə həmişə maraqlı olub. Ancaq bu sahədə çalışdıqca gördüm ki, elə bəzi hallarda jurnalistlərə də bu məqsəd üçün yanaşırlar. Kim cəmiyyətdə söz sahibi olmaq istəyirsə, media ilə yaxın münasibət qurur. Biz də bəzi hallarda həddindən artıq sadəlik, səmimiyyət nümayiş etdirib, bu münasibəti yüksək dəyərləndiririk. Gözümüz nə vaxt açılır? O zaman da gec olur, öz əlimizlə yaratdığımız fiqurlar özümüzə açıqlama verməkdə təkəbbürlü mövqedə dayanırlar.
Kainatı və insanları yaradan Tanrıdırsa, ictimai fiqurları da yaradan biz jurnalistlərik. Bənzətmə nə qədər kosmik olsa da, bir o qədər realdır. Tanrı insanların qəlbinə hökm edir, jurnalistlər də insanları idarə edən düşüncələrə hökm etmək qabiliyyətinə malikdir. Düşüncələri yaxşı və ya mənfi istiqamətdə dəyişmək də medianın əsas silahıdır. Hətta bəzi hallarda gördüyümüz eyibləri də daha yumşaq formada çatdırırıq.
Hələ məsələnin daha ciddi tərəfləri də var. Hərdən sosial şəbəkələrdə deputatların əlçatmaz olduğu ilə bağlı fikirlər səsləndirilir. Cəmiyyət bəzən həqiqətdən olduqca uzaq düşür. Nə qədər çalışsaq da, onlara gerçəyi göstərməkdə çətinlik yaşayırıq. Təsəvvür edin, biz xalqın seçdiyi deputatın köməkçisini keçib, özüylə əlaqə saxlamağa nail oluruq. Ancaq incəsənət adamlarının prodüserlərinin qurduğu sərhədi aşa bilmirik. Xalqın, millətin sənətçisi olduğunu iddia edənlər xalqın arasında olmaqdan çəkinir, onlara yaxın durmaq da istəmirlər. “Məşhurluq” arzusu ilə ekranları, mətbuatı zəbt edən həmin adamlar bir müddət sonra mediadan üz döndərir. Deyir ki, guya öz daxili aləmi ilə mübarizə içindədir. Bəli, öz daxili aləmi ilə... Bu hallar cəmiyyətdə duyğuları işə salsa da, bizdə ancaq gülüş reseptorlarını oyadır. Axı ən yaxşı biz bilirik, o aləmdə dərinə gediləsi elə də ciddi bir şey yoxdur. Ona görə ki, özünü ulduz hesab edən o dəmirləri qiymətli daşlara biz çevirmişik.
Haşiyədən çox kənara çıxmadan jurnalistika ilə bağlı kiçik bir məqamı da qeyd etmək istərdim. Müəllimlərimdən biri ilk dərs günündə məndən jurnalistin bir gününü təsvir etməyimi istəmişdi. Onda jurnalistin həyatı mənim üçün maraq, axtarış və rəngarənglikdən ibarət idi. Əfsus ki, bu gün düşüncələrim tamamilə öz istiqamətini dəyişib. İndi mənə görə jurnalistin bir günü əksər hallarda stress və əsəb üzərində qurulub. Sanki cavab verməli olduğu məsələdən boyun qaçıranından tutmuş, yazılarımızda durğu işarəsi səhvi axtaranına qədər hər kəs səbrimizi sınamağa and içib. İş elə bir həddə çatıb ki, yarımız qədər bilməyənlər bizi yarıtmağa çalışır. Necə?! “Yazandan sonra göndərin, təsdiqləyək” deyən fiziki adamlar özlərini lap “nazirlik” səviyyəsinə qaldırır. Bu hələ harasıdır, yazılası, deyiləsi o qədər hadisələr olur ki. Amma hər nüansı yazmır, hamısını demirik. Həm boşuna kağız israfıdır, həm də zaman.
İndi hər dəfə bu hadisələri yaşadıqca, öz-özümə çox suallar verirəm. Əksər vaxtlarda elə özümün özümə verdiyim bu təlatümlü suallar cavabsız. Çünki kimsə bu sahəni seçməyimlə bağlı təkid etməmişdi. İndi də məni bu sahədə qalmağa məcbur edən yoxdur. Sadəcə, jurnalistika işdən daha çox həyat tərzinə çevrilir, müəyyən zaman sonra sən getmək istəsən də o səni buraxmır...
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

