İngilis dili imtahanları niyə narazılıq doğurur?
16.03.2023 [10:40]
Qönçə QULİYEVA
Elmi fəaliyyətlə məşğul olmaq üçün nəzərdə tutulan tələblərdən biri də hansısa xarici dilə mükəmməl yiyələnmək və seçdiyi xarici dil fənnindən imtahan verməkdir. Orta məktəbdən başlayaraq təhsilin bütün mərhələlərindəki tədris proqramlarında xarici dil fənni var. Hazırda təhsil alanlar xarici dil kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər. Xarici dil imtahanları səviyyəsinin dəyişdirilməsi son günlər cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Məsələnin aktuallığını nəzərə alaraq magistratura və doktorantura pillələri üzrə imtahan verməyə hazırlaşanlar arasında sorğu keçirdik. Məlum oldu ki, respondentlərin əksəriyyəti əsasən ingilis dili imtahanının nisbətən mətinləşdirilməsindən narazıdırlar.
Maraqlıdır, bu narazılığın əsas səbəbi nədir?
Bu mövzuda ekspertlərin fikirləri müxtəlifdir. Bəzi təhsil mütəxəssisləri xarici dil imtahanlarının səviyyəsinin çətinləşdirilməsinin tərəfdarı olsalar da, digərləri belə dəyişikliklərin elmi fəaliyyətlə məşğul olmaq istəyənlərin bu sahədən çəkinməsinə və nəticədə elmdən uzaqlaşmasına səbəb olduğu qənaətindədirlər. Xarici dil imtahanı tələblərinin çətinləşdirilməsinin elmə mane yaratdığını düşünənlərdən biri də təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədovdur. Ekspert deyir ki, xarici dil ilə bağlı tələblər çox sərtdir: “Belə ki, dünyanın reytinqli universitetlərində belə tələblər yoxdur. Əlbətdə ki, elmi-tədqiqat işləri aparacaq şəxslər xarici dili bilməlidir. Amma nəzərə alsaq ki, onlar bakalavr və magistratura pilləsində yüksək səviyyədə xarici dil öyrənməyiblər, vəziyyətin nə qədər çətin olduğunu təsəvvür edə bilərik”.
Vəziyyəti daha da çətinləşdirən məqamlar
K.Əsədov cari ildə doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında sərbəst mövzular əsasında esse yazmaq tələbinin əlavə edildiyini də diqqətə çatdırıb: “Lakin görünən odur ki, nəticə heç də ürəkaçan deyil”.
Ekspertin sözlərinə görə, imtahanda iştirak edən 307 namizəddən 139 nəfəri (45,3% i) yazı blokuna qoyulan 20% minimal bal tələbini ödəyərək 2 və daha yuxarı bal əldə edib.
Müsbət nəticələr azdır
Sınaq imtahanı iştirakçılarından 171 nəfərinin (55,16% i) yazı bloku üzrə minimal tələbi ödəyə bilmədiyini və ya esseni ümumiyyətlə, yazmadığını deyən ekspert fikirlərinə statistika ilə davam edib: “Sınaq imtahanı verən namizədlərdən cəmi 1 nəfəri maksimal bal (10 bal) toplamış, 3 nəfəri 9.5 bal, 1 nəfəri isə 9 bal nəticə əldə etmişdir. Ümumilikdə, 67 nəfər (21,61%) yazı bloku üzrə 50% və ya daha yuxarı nəticə əldə edə bilmişdir. Bir çox namizədlər esseni tələb olunan 200-250 sözdən az həcmdə yazmış, bəziləri mövzudan kənara çıxmış, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazmışlar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməmişlər”.
Qoyulan tələblər və imkanlar...
Ekspert elmə gəlmək istəyənlər üçün maneəyə çevrilən əsas faktorlardan da söz açıb: “Doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dillər üzrə imtahana qoyulan tələblər gənclərin elmə gəlməsinə ciddi şəkildə maneədir. İngilis dili üzrə cavabların statistik təhlili də göstərir ki, bu il test tapşırıqlarının çətinliyi ali təhsilin bakalavr və magistratura pilləsindəki tədris materiallarına tam uyğun olmayıb. Belə ki, imtahanlarda istifadə edilən asan, orta və çətin test tapşırıqlarının sayı imtahanın nəzərdə tutulan spesifikasiyasına uyğun deyil”.
Təhsil eksperti İlqar Orucov isə dillə bağlı tələblərin sərtləşdirilməsini doğru hesab edir: “Doktorantura pilləsi akademik mərhələ hesab edilir. Magistrantlar da daha savadlı, bilikli bakalavrlar içərisindən seçilməlidir, bu, həm də elmi dərəcədir. Peşəkar elmi tətqiqatçı kimi fəaliyyət doktorantura pilləsindən başlayır”.
İ.Orucovun fikrincə, elmi fəaliyyətlə məşğul olanlar mütləq hər hansı xarici dili mükəmməl bilməlidirlər: “Bizim elmimizin yetərincə inkişaf etməməsinin səbəbi də dil amilidir. Yəni, magistatura və doktorantura təhsili almaq istəyənlər mütləq ingilis dilini bilməlidirlər. Amma bizim orta məktəblərdə və universitetlərdə xarici dilin təsdirisi ilə bağlı vəziyyət pisdir. Hesab edirəm ki, orta məktəbdən başlayaraq xarici dili tədrisini gücləndirmək lazımdır. Orta məktəblərdə danışıq və qrammatika daha da yüksək səviyyədə, yəni, istədiyimiz səviyyədə tədris olunmalıdır. Universitet tələbələri ingilis dilini bilmirsə, bu o deməkdir ki ingilis dilinin tədrisində boşluqlar var”.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, xarici dil imtahanında mövcud olan narazılıqların bir neçə səbəbi var. Onlardan biri, həm də ən əsası məktəb və universitetlərdə ingilis dilinin tədrisində böyük boşluqların olmasıdır. Boşluqlar, əsasən məktəbdə ingilis dilinin tam qavranılmamasından qaynaqlanır. Başqa sözlə, yalnız qrammatikanı mənimsəyən tələbələr bir çox hallarda dinləmə, oxuma və yazma kimi anlayışlardan ümumiyyətlə, məlumatsız olurlar.
Bu kimi məqamlar bir daha təsdiq edir ki, xarici dilin öyrənilməsində həmin dilin hərtərəfli şəkildə mənimsənilməsi mütləqdir. Əks halda, gələcək mərhələlərdə çətinliklər qaçılmazdır.
Ümumiyyətlə, xarici dil öyrənmək yalnız təhsil üçün yox, fərdi inkişaf üçün də olduqca önəmlidir. Hansısa sahədə peşəkar kadr kimi formalaşmaq, məlumatlılığı artırmaq - daha çox mənbələrə çıxış imkanı əldə etmək üçün xarici dil bilmək bacarığının müstəsna rolu var. Necə deyərlər, neçə dil bilirsənsə, daxilində bir o qədər şəxsiyyət daşıyırsan.
Xəbər lenti
Hamısına baxSosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49

