Qanunsuz tikililərin qarşısı alınır
16.03.2023 [10:23]
Məlumatlar elektron qaydada təqdim olunacaq
Nicat Dilqəmli
Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapan məsələlərdən biri də dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə texniki-iqtisadi əsaslandırma (və smeta) sənədlərinin hazırlanmasından ibarətdir. Dəyişikliyə əsasən, qeyd edilən sənədlər elektron formada hazırlanacaq.
Eyni zamanda, tikintiyə icazə üçün tələb olunan məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin ediləcək. Məlumatlandırma icraatı çərçivəsində təqdim olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi imkanları yaradılacaq. Tikinti layihəsi (o cümlədən onun bölmələri) də elektron formada hazırlanacaq.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə mütəxəssis Ramil Qasımzadə Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişikliyi şərtləndirən amillərdən söz açıb. Ekspert deyir ki, hazırkı qaydaya əsasən vətəndaşlarla yanaşı, bir sıra dövlət qurumları tərəfindən də hansısa tikinti işləri aparılarkən rayon icra hakimiyyətlərinə müraciətlər olunmalı, tikinti ilə bağlı müvafiq sərəncamlar alınmalı idisə, bundan sonra qeyd edilən məsələlər artıq birbaşa olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nəzarətə götürüləcək: “Önəmli olan digər məqam isə gələcəkdə sənədləşmə, balansa qəbul kimi məsələlərin aidiyyəti üzrə həyata keçirilməsindən ibarətdir. Yəni, bütün sənədlər ekspertizadan keçirildikdən sonra rəylər veriləcək. Vətəndaşların həyata keçirdikləri tikintilərlə bərabər dövlət qurumlarının da maliyyəsi ilə həyata keçirilən bütün tikililər nəzarətlə həyata keçiriləcək. Həm müvafiq icazələrin verilməsi, həm tikinti yerinin müəyyən edilməsi, tikintisi aparılacaq binanın baş plana uyğunluğu, həm də təbii ki, oradakı sakinlərin gediş-gəlişinə maneə yaradıb-yaratmaması ilə bağlı bir çox məsələlər hərtərəfli şəkildə araşdırıldıqdan sonra binanın inşasının həyata keçirilməsinə müvafiq rəy veriləcəkdir”.
Ekspert diqqətə çatdırıb ki, fiziki və hüquqi şəxslər kimi dövlət qurumlarının da həyata keçirdiyi layihələr tam elektron formada qəbul olunub, baxılıb, ekspertizadan keçirildikdən sonra onların tikintisi üçün müvafiq icazələr veriləcək.
Dəyişikliyi müsbət qiymətləndirən R.Qasımzadə indiyə qədər rast gəlinən neqativ hallar barədə də danışıb: “Təbii ki, bunu zəruri edən amillər də var idi. Çünki elə dövlət qurumları var ki, inşa etdikləri binadan istifadə etmələrinə baxmayaraq, hələ də bu binalar reyestrdə qeydiyyata düşməyib, müvafiq icazələr və rəylər alınmayıb. Yəni, dövlət qurumlarının faktiki olaraq istifadəsində olan belə binalar mövcuddur. Təcrübədə bəzi dövlət qurumlarının balansında olan torpaq sahələrinin təyinatı üzrə istifadə edilməməsi, binalara artırmaların edilməsi kimi bir çox hallara da rast gəlinir. Yaxud həmin qurumlar bəzən müəyyən kadrların səhlənkarlığı ucbatından reyestrdə qeydiyyata alınmırdı. Qeyd edilən dəyişiklikdən sonra isə bu kimi hallara rast gəlinməyəcək”.
Xatırladaq ki, Qanun layihəsi qəbul ediləcəyi halda bu tələblər 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

