Cinayəti inkar etmək həmin cinayətin davamıdır
16.03.2023 [10:21]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Nicat Dilqəmli
44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra Azərbaycan dövlətinin prioritet olaraq müəyyən etdiyi əsas məsələlərdən biri də Qərbi Azərbaycandan olan soydaşlarımızın təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsidir. Dövlətin, şəxsən Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı bu məsələnin reallaşması istiqamətində bu günə qədər xeyli müsbət addımlar atılıb. Bu istiqamətdə görülən işləri sadalayarkən ötən ilin ən mühüm siyasi hadisələrindən biri - Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının (QAİ) inzibati binasında yaradılan şəraitlə tanış olması, dövlət başçımızın Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə mühüm məqamları açıqlaması, əhəmiyyətli mesajlar verməsi vurğulanmalıdır.
Bu problemin konsepsiyasını tərtib edən İcmanın qısa zaman kəsiyində böyük uğurlara imza atması qürurvericidir. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması bəlkə də bu qurumun ilk uğuru oldu.
QAİ soydaşlarımızın Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək məqsədilə öz fəaliyyətini bir neçə istiqamət üzrə davam etdirməkdədir. Lakin görünən odur ki, Ermənistan tərəfi Azərbaycanın bu çağırışlarına etinasız yanaşma sərgiləyir. Ermənistanın baş naziri tərəfindən səsləndirilən əsassız fikirlər də bunu bir daha təsdiq edir.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti Qərbi Azərbaycan İcmasının pozulan hüquq və azadlıqlarının bərpasında israrlıdır. QAİ sədri Əziz Ələkbərlinin bəyanatında da bu məqamlar öz əksini tapıb.
Bəyanatda srağagün Paşinyanın mətbuat konfransında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtma hüququ ilə bağlı qeyri-konstruktiv və insan hüquqlarına zidd yanaşma sərgilədiyi diqqətə çatdırılıb.
Bəyanatda, həmçinin bildirilir: “Xüsusilə təəssüf doğuran haldır ki, baş nazir Ermənistandan azərbaycanlıların qovulması faktını inkar etməyə cəhd göstərib. Baş nazir çox yaxşı bilir ki, Ermənistan hökuməti 1988-ci ildə yüz minlərlə azərbaycanlını məhz etnik ayrı-seçkilik əsasında, fiziki şiddət tətbiq edərək, ərzaqdan, təhsildən, tibbi və sosial xidmətlərdən məhrum edərək qovub. Bu insanların əksər hissəsinin çox qısa bir müddət ərzində (24 noyabr - 5 dekabr 1988-ci il) qovulmuş olması onlara qarşı cinayətin nə dərəcədə sistemli və mütəşəkkil aparıldığını göstərir.
Ermənistandan azərbaycanlıların qovulması insanlıq əleyhinə cinayətdir. Baş nazirin diqqətinə çatdırmaq istərdik ki, insanlıq əleyhinə cinayəti inkar etmək həmin cinayətin davamıdır”.
Bəyanatda məhz bu düşüncə tərzinin Ermənistanı monoetnik əraziyə çevirməsini, Azərbaycana qarşı ərazi iddialarını və işğalçılıq siyasətini izah etdiyi vurğulanaraq baş nazirin bizim geri qayıtmaq hüququmuzu dərhal ərazi müstəvisində görməsinin çox mətləbdən xəbər verdiyi qeyd olunub: “Ermənistanın hökumət başçısının təbirincə, müəyyən etnik qrupun kompakt yaşaması ancaq və ancaq ərazi iddiası deməkdir. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Baş nazirə bir daha çağırış edirik ki, insan haqlarının aliliyinə hörmət etsin və qayıdışımıza əngəl törətməyi dayandırsın”.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Sədr müavini Ramil Həsən “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Ermənistanın Baş naziri tərəfindən səsləndirilən fikirlərin qərəzli və ikili yanaşmanı ortaya qoyduğunu bildirib: “Məlum olduğu kimi, QAİ geri qayıdışla bağlı tarixi Qayıdış konsepsiyası qəbul edib. Bununla bərabər, təbii ki, eyni zamanda, bəyanatla da çıxış edib. Və artıq aylardır Ermənistan hökumətini, şəxsən Nikol Paşinyan və onun hökumətini bizimlə masada oturmağa və konstruktiv, eyni zamanda, bizim yurdlarımıza, yuvamıza doğulub böyümüş olduğumuz torpaqlarımıza geri qayıdışla bağlı lazımi bütün məsələləri aspektləri üzrə müzakirə etməyə çağırırıq. Bu istiqamətdə İcmamızın Sədri Əziz müəllim tərəfindən bir neçə məktub ünvanlanıb və yayımlanıb. Bu baxımdan, həm Paşinyanın Almaniyada səsləndirmiş olduğu qeyri-adekvat fikirlər, həmçinin son açıqlamaları, şübhəsiz ki, məsələyə mahiyyəti üzrə qərəzli, ikili yanaşmanı və Ermənistanın monoetnik dövlət olaraq qalmağa davam etməklə bağlı qəti iradəsini ortaya qoymaqdadır”.
R.Həsən Ermənistanın öz oyunlarını malalamaq üçün reallıqla əsla səsləşməyən müxtəlif bəhanələr gətirərək prosesi uzatmağa çalışdığını da diqqətə çatdırıb: “Azərbaycanın hüquqlarına, haqlarına kölgə salmağa çalışmaq riyakarlıqdır, ikiüzlülükdür, beynəlxalq norma və prinsiplərə, qaçqınların öz yurd-yubalarına qayıtmaqla bağlı BMT-nin bütün konvensiyalarına, insan hüquqları konvensiyasına qəti zidiyyət təşkil etməkdədir”.
Hər bir halda Azərbaycan Respublikasında bu gün fəaliyyət göstərən, dünya birliyi tərəfindən qəbul edilən Qərbi Azərbaycan İcması milyonlarla Qərbi azərbaycanlının, indiki Ermənistan torpaqlarında doğulmuş, böyümüş şəxslərin, onların varislərinin hüquqlarını və haqlarını qorumaqdadır: “Biz əminik ki, yaxın gələcəkdə öz iradəmizi, mövqeyimizi qəti şəkildə müdafiə etməklə birlikdə bu istiqamətdə müsbət nəticələrin əldə edilməsində beynəlxalq ictimaiyyətin də dəstəyini qazanacağıq. Dövlət başçımızın da qeyd etdiyi kimi, bir çox ölkələr və beynəlxalq təşkilatlar ikili, üçlü, dördlü standartlar yürütməkdədir. O baxımdan da əgər biz Azərbaycanın erməni əsilli Qarabağ icması ilə bağlı danışıqlara başlamaqla, masa ətrafına keçməklə bağlı fikirlərimizi bəyan ediriksə, bu, şübhəsiz ki, qarşılıqlı olmalıdır. Ermənistan hökuməti də Azərbaycan hökumətinin həyata keçirmiş olduğu beynəlxalq prinsiplərə uyğun olaraq öz addımlarını ataraq Qərbi azərbaycanlıların hüquqlarının qorunması və qayıdış prosesi ilə bağlı müvafiq danışıqlara başlamağa şərait yaratmalıdır”.
Sədr müavini də öz növbəsində Ermənistan hökumətini qısa müddətdə danışıqlar masası ətrafına əyləşməyə çağırıb: “Bizim geri qayıdışımızın Ermənistana qarşı torpaq iddiaları ilə bağlı onların vermiş olduğu riyakar düşüncələrin əksi olaraq heç bir əsası yoxdur. Biz sadəcə olaraq öz yurdlarımıza qayıtmaq, orada yaşayış hüqumuzun və təhlükəsizliyimizin təminatı və eyni zamanda, vaxtilə əlimizdən alınmış mədəni hüquqlarımızın, təhsil haqlarımızın geri qaytarılmasını tələb etməkdə və bu nəticəni onlardan gözləməkdəyik”.
“Qərbi Azərbaycan İcması öz iradəsini ortaya qoyub və əminəm ki, bu proses uğurla davam edəcək”, - R.Həsən fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

