Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
16.03.2023 [10:10]
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülhə və təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.
Bəyanatda, həmçinin bildirilir: "Bir sıra ölkələr vardır ki, onlar öz milli praktikaları, beynəlxalq hüquqa zidd davranışları və ikili standartları ilə Ermənistanı irqi ayrı-seçkilik siyasətinə daha da həvəsləndirirlər. Bu davranış təəssüflə qeyd edilməlidir. Belə ölkələrdən biri Fransadır. Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur. Çoxlu sayda müxtəlif etnik və dini azlıqların yaşadığı Fransanın ümumiyyətlə, milli azlıqların hüquqlarını tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Mili Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi kütləvi hüquq pozuntusundan əziyyət çəkmiş olan İcmamızı ciddi narahat edir.
Fransa açıq-aşkar monoetnik cəmiyyətə nail olmağı hədəfləyib. Bu baxımdan Fransanın etnik təmizləmə yolu ilə monoetnik vəziyyətə nail olmuş Ermənistanın insan hüquqlarına zidd bütün davranışlarına dəstək verməsinin səbəbləri aydın olur. Özünü “insan hüquqları ölkəsi” adlandıran Fransanın bizim hüquqlarımız barədə bir dəfə də olsun mövqe bildirməməsi Ermənistanın etnik təmizləmə siyasətinə dəstəkdən başqa bir şey deyil. Eyni şəkildə, Fransa Ermənistan ərazisində Azərbaycan mədəni irsinin dağıdılması, oraya UNESCO-nun faktaraşdırıcı missiyasının göndərilməsi məsələsi ilə bağlı edilmiş müraciətləri görməzdən gəlir.
Fransa bu azmış kimi, ərazisində çoxlu sayda etnik azlıqların qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycana təzyiq etməyə və Ermənistanın ərazi iddialarına haqq qazandırmağa çalışır.
Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış yanaşması seçib. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Beynəlxalq ictimaiyyətin bizim bu hüququmuzun reallaşdırmasına dəstək verməsi insan hüququnun aliliyinin və sülhün bərqərar edilməsi üçün zəruridir.
Fransaya çağırış edirik ki, öz ərazisindəki milli və dini azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son versin, dərhal Avropa Şurasının Mili Azlıqların Qorunması haqqında Çərçivə Konvensiyasına qoşulsun və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz öhdəliyini yerinə yetirib Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarının təmin edilməsinə dəstək versin".
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

