Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yayımının hər gününü bayram sayan “Real” TV...

Yayımının hər gününü bayram sayan “Real” TV...

15.03.2023 [11:20]

5 yaşınız mübarək!

Yeganə BAYRAMOVA

Bu gün “Real” televiziyasının yaranmasından 5 il ötür. Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə xəbər kanalı kimi formalaşan “Real” TV öz tamaşaçı kütləsini operativ və dəqiq xəbərlərlə təmin edir. “Real” TV Azərbaycanın 12-ci və ilk ümumrespublika xəbər kanalıdır. “Real TV” əvvəlcə 28 fevral 2018-ci ildən etibarən internet televiziyası ilə fəaliyyətə başlayıb.

Həmin ilin martın 5-də isə Milli Televiziya və Radio Şurasının (indiki Audivizual Şura) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. Şuranın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Televiziya martın 5-də test yayımına başlayıb. Martın 15-də, saat 08:00-da isə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb. Bu gün “Real” TV geniş tamaşaçı auditoriyasına malikdir. 2018-ci il martın 15-dən sentyabrın 16-dək “Real” TV 19 saat ərzində (saat 08:00-dən 02:00-dək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edirdi.

Telekanal artıq həmin ilin sentyabrın 17-dən 24 saatlıq yayıma keçib. 23 aprel 2019-ci ildə “Real” TV Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib. Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-in ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.

10 may 2019-cu ildə “Real” TV Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında proqramının DVB-T standartında üm?mrespublika yayımına başlayıb. Hazırda “Real” TV-ni yalnız Azərbaycanın bütün peyk və kabel şəbəkələrində deyil, həm də adi televizor antennaları vasitəsilə izləmək mümkündür. 28 yanvar 2022-ci ildə “Azerspace-1” peykində HD yayım formatına keçib.

TV-nin rəhbəri Mirşahin Ağayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Real” televiziyası yayımda olduğu hər gün kollektiv və rəhbərlik üçün bayramdır.

“Yeni Azərbaycan” qəzetinin redaksiyası “Real” TV-də çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31