Göyçə mahalı mənim uşaqlığım, yuxularımdır
15.03.2023 [10:35]
Biz etibarlı, inamlı, getdiyimiz yola bələd olan bir sərkərdənin yanındayıq
Qərbi Azərbaycan mənim Ana torpağım, ata ocağımdır, ulu dədə-babalarımın yurd saldıqları məkandır, əjdadlarımın qəbirləri olan torpaqlardır. Uşaqlığımdır, yuxularımdır, həsrəti ilə göynədiyim elim-obamdır, evim-eşiyimdir, var-dövlətimdir, bir sözlə, hər şeyimdir.
Mən orta məktəbi doğulduğum kənddə - Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində fərqlənmə ilə bitirib, ali təhsil almaq üçün Bakıya gəldim, ali təhsilimi tamamlayandan sonra kəndimizə qayıtmaq, orada işləmək arzusunda idim. Hətta hesablamışdıq ki, mən ali məktəbi tamamlayıb kəndə dönən ili atamın pensiya yaşı tamam olacaq və mən də həmin məktəbdə müəllimə işləyəcəm. Semestrlərarası kəndə gedəndə direktorumuz, rəhmətlik Musa Alıyev (kimya müəllimim olmuşdu) atamdan xəbər göndərərdi ki, gəlsin məktəbə, həm görüşək, həm də bir-iki dərsimizi əvəz eləsin. Bu sifariş mənim üçün möcüzə idi, sehr idi, özümü dünyanın ən bəxtəvər insanı sanırdım. Səhəri dirigözlü açardım. Evimizlə məktəbimiz üzbəüz idi. Yəni, az qala eyni həyəti paylaşırdıq.
Bax, mənim əziz, doğmadan doğma, ana südüm qədər müqəddəs kəndim Qərbi Azərbaycanımızın bir parçası olub. Ali məktəbi bitirən ili Akademiyanın dissertantı oldum, elmi işimi tamamlamamış, el-obamızı darmadağın etdilər. Yurdumuzu gavurlar taladılar, imperiya tör-töküntüləri daşnaklarla əlbir olub kəndimizin, cəmi Göyçə mahalının, bütün Qərbi Azərbaycanın əhalisini hərbçilərin gücü ilə, silah gücünə evindən-eşiyindən qovdular, onları yurd-yuvalarından didərgin saldılar. Yollarda-izlərdə nə qədər insanlarımız öldü. O illər çox ağır, məşəqqətli günlər yaşadıq. 1988-ci ilin 5 dekabr gününü heç zaman unuda bilmərəm. Qərbi Azərbaycan sinəmizdə, ürəyimizin başında özündən də ağır bir dərd oldu. Qərbi Azərbaycan, bu gün bütün mövzularımızın, gündəlik həyatımızın baş temasıdır. Bu o demək deyil ki, unutmuşduq, yenidən gündəmə gətirdik. Əsla, yox! Bir an, bir dəqiqə, bir saat yadımızdan, yaddaşımızdan, fikir-xəyalımızdan çıxmayan bir və baş mövzumuz olub. Gündəlik həyatımızın əsas mövzusu kənd-kəsəyimiz, mahallarımız olub. Adət-ənənələrimizi, bayramlarımızı öz elimizdə olduğu kimi keçirmişik. Bu il 35 ildir ki, bu dərdə yanırıq, çır-çırpı kimi tonqallara çatılırıq.
Sadəcə, düşmənlərimiz Qərbi Azərbaycanı, özlərinin də dediyi kimi, türklərdən təmizləməklə işlərini bitmiş hesab etmədilər. Qarabağ torpaqlarını da işğal etdilər. Bu günkü Azərbaycanın sərhədlərindən içəri girib 20 faizini də işğal etdilər, xəncər kimi ürəyimizə sapladılar. Ona görə öz dərdimizə bükülüb zamanı gözlədik. İlk olaraq, bütün Azərbaycan xalqının bir parçası olaraq Qarabağı xilas etmək sonra, Qərbi Azərbaycanımıza gedən yollarımızı düşünməliyik: necə və nə cür qayıtmalıyıq? Evimizə-eşiyimizə dönməliyik. Ot basmış izlərimizi təmizləməliyik, amma hökmən dönməliyik, yoxsa ölərik. Bu bir gerçəklikdir, gəlişi gözəl söz deyil.
2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandanımızın çağırışı ilə - sərkərdəmizə inanaraq bütün xalq ayağa qalxdı və Qarabağ torpaqlarımıza sahib çıxdıq. Burada təkcə sahib çıxmaq məsələsi olmadı, gələcək nəslin yaddaşına qorxaq, məğlub, aciz nəsil kimi yazılmadıq. Yoxsa, onlar da bu faciəvi tarixdən məğlubiyyət hissi psixolojisindən qopa bilməyəcəkdilər. Şükür Allaha. Əslində bir qələbəmiz də bu oldu. Qərbi Azərbaycan məsələsi, dediyim kimi, yaddan çıxan və sağalmayan dərdimiz idi. Hazırda bu məsələnin aktuallaşması məhz Qarabağ məsələsinin həllindən sonra bir millət - xalq olaraq görüləcək növbəti işimizdir. Bu, hamımızın mənəvi borcumuzdur. Amma bu elə bir işdir ki, həm diplomatik, həm siyasi, həm də psixoloji hazırlıqlı olmaq lazımdır. Bunun da yalnız bir həlli var. Sənin ağıllı, müdrik, taktikalı, strategiyalı, dünya diplomatiyasını bilən sərkərdən olmalıdır. Çox şükür ki, belə bir tarixi şəxsiyyətimiz var. Heydər Əliyev məktəbinin yetirməsi və dünya diplomatiyasını yüksək səviyyədə bilən prezidentimiz bu işə rəhbərlik edir.
Fikir verin ki, hazırda Qərbi Azərbaycan icması Qarabağ icması üçün tikilən binada yerləşib. Bu rəmzi məna daşımaqla özü çox şey deyir. Cənab Prezidentimizin dediyi kimi, “bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar”.
1988-ci ildə yurdundan qovulan xalq ilk günlər, aylar nə edəcəyini, necə edəcəyini bilmirdi? Üz tutdular Qarabağ torpaqlarında məskunlaşmağa. Bundan xəbər tutan ölkə rəhbərliyində əyləşən Vəzirov elə gecəynən onları geri qaytardı. Hamısını aran düzündə yerləşdirməyi əmr etdi. Amma dağ adamları aran düzündə - havasında yaşaya bilməzdilər. hamı pərən-pərən olmuşdu. Üstəlik onlara min ad, min şəbədə qoşdular. Heç unutmuram 1988-ci ilin dekabr aylarının sonu idi. Metro ilə işə gedirdim. Qatara xeyli sayda qaraçı doluşdu. Yeri gəlmişkən, o ərəfədə şəhərə qəsdən böyük bir qaraçı dəstəsi buraxmışdılar. Xalq arasında təbliğat aparılırdı ki, “bunlar Ermənistan qaçqınlarıdır, onları şəhərdən söyüb qovun”. Mən işə çatan kimi hönkürtü ilə ağlamağa başladım və sonra qəzetimizin baş redaktoru, sevimli şairimiz Nəriman Həsənzadənin kabinetinə keçib ağlaya-ağlaya dedim ki, yollarda, küçələrdə, avtobuslarda, metro qatarlarında bizim insanları qaraçı, dilənçi kimi təhqir edirlər, bizim camaat - Ermənistan deyilən yerdən gələn insanlar dağ adamlarıdır, onlar ac qalarlar, ölərlər, amma dilənməzlər. Dağ adamları vüqarlı, məğrur, dözümlü olurlar. Nəriman müəllim dedi ki, ağlama, nə də darıxma, vaxt gələr hər uçulan, dağılan yerlər düzələr, siz də öz yurdunuza qayıdarsınız. Sakitcə öz iş otağıma keçdim. Amma hələ də o yara sinəmdədir. İndi bizim konkret adımızı, ünvanımızı cənab prezident dünyaya elan etdi: Qərbi Azərbaycan əhalisi.
Bu faciə gülərdən az sonra Qaçqınlar Cəmiyyəti yaradıldı. İnsanlar ümidlə ora üz tutdular. Sonra ayrı-ayrı əliqələmli insanlar hər mahalın mətbuat orqanlarını təsis etdilər, kitablar yazıldı - hərə öz dərdini şeirlərə, hekayələrə və romanlara, esselərə, publisistik yazılara köçürdülər. Yəni yuxarıda dediyim kimi, hər an yadımızda olan unudulmayan dərdimiz vardı. 2011-ci ildə “Göyçə mahalı: Kəsəmən kəndi - bir kəndin tarixindən səhifələr” adlı 600 səhifəlik bir kitab yazıb nəşr etdirdim. Ondan da on il qabaq “Müharibə ağrılarım” adlı 550 səhifəlik bir kitab nəşr etdirmişdim. Bəlkə də yüzlərlə də məqalələr, daha neçə-neçə kitablar yazıb çap etdirmişəm. Göyçədə dərdiyim “Solmaz çiçəyi”m, Göyçəyə axırıncı avtobus biletim var, onları dərd kimi bağrıma basıb saxlayıram. Bilirəm ki, bir gün müalicə olunacaq dərdlərdir. Məqamını gözləyirdik, o məqam da yetişir.
10 dekabr 2020-ci il tarixdə Vətən müharibəsində Qələbəyə həsr olunmuş Azadlıq Meydanındakı Zəfər paradında İlham Əliyev öz nitqində qeyd etdi ki, “Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır”.
Ölkə rəhbərinin çıxışında sənin işğalda, tapdaqda qalmış Vətəninin adının çəkilməsi, ona hayan durması bilirsiniz insanı hansı hisslərə aparıb çıxarır?! Sanki bir anlıq gedib oraları dolanıb yenidən parada qatıldım.
Ali Baş Komandanımız bu məsələni bir də əsgərlərimizlə növbəti görüşlərinin birində təkrar gündəmə gətirdi: “Əvvəlki çıxışlarımda da qeyd etdiyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq. Gənc nəsil o arzularla, o fikirlərlə yaşamalıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Ümumiyyətlə, xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yaşayacaqlar, yaşamalıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparırıq”.
2022-ci ilin dekabr ayının 24-də Ali Baş Komandanımız İlham Əliyev Qərbi Azərbaycan icmasının bir qrup üzvləri ilə görüşdü və orada bilirsinizmi nə dedi?! “Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm”. Bu fikirlərə - doğmalığa şərh ediləcək başqa söz yoxdur. Məqsəd aydındır. Biz birlikdə öz yurdumuza dönəcəyik. Bir el nəğməsini xatırladım -
Əzizim Ordubada,
Yol gedir Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.
Biz etibarlı, inamlı, getdiyimiz yola bələd olan bir sərkərdənin yanındayıq.
Azərbaycan Milli Elmlər Akademiyası strukturunda çalışıram. Akademiyamızın bir sıra İnstitutlarında Qərbi Azərbaycanla bağlı şöbələr yaradıldı. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda “Qərbi Azərbaycan tarixi” şöbəsi, Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda “Toponimika” şöbəsi yaradılıb. Həmçinin Qərbi Azərbaycanla bağlı müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların prioritetliyinin təmin edilməsi, Qərbi Azərbaycan İcması ilə sıx əməkdaşlığın edilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi qərara alındı.
Qərbi Azərbaycana qayıtmaq qəti məqsədimizdir. Bu gün o torpaqlar imperiya məkri ilə 1920-ci illərdə Ermənistan torpağı deyə hüquqi sənəd alıb. Ona görə də hələ ki, bizim gedişimiz sülh yolu ilə olacaq. Həm siyasi, həm də diplomatik məntiq belədir. Sonrasına sonra baxacağıq (!), inşallah. Hələ əvvəlcə gedib evimizə-eşiyimizə sahib çıxaq. Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə cənab İlham Əliyev öz nitqində bildirdi ki, “Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”. Bəli, çox qısa müddətə həmin Qayıdış Proqramı hazırlandı. Hazırlanıb təsdqiq olunmuş Qayıdış proqramı çərçivəsində Tədbirlər Planı hazırlandı və təsdiqləndi. Deməyim odur ki, bu məsələ ayrı-ayrı şəxslərin istədiyi arzu və niyyətlə yox, konkret olaraq təsdiqlənmiş Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək. Bu mübarizədə mənə hansı iş tapşırılsa, hansı işin dalınca göndərsələr, can-başla etməyə hazıram.
Ötən illərin birində internetdən evimizin fotosu qarşıma çıxdı. ?nzibati binaya çevirdiklərindən uçurub dağıtmayıblar. Amma bağ ağaclarımızın doğranıb töküldüyünü gördüm. Ürəyimin başına od düşdü. Evimizə gedib onun hüznlü bağ-bağçasını, torpağını öpmək niyyətindəyəm, inşallah!
Bilirsiniz ki, Qərbi Azərbaycan icması tərkibində bir sıra Şuralar fəaliyyət göstərir: Ziyalılar, Ağsaqqallar, Qəyyumlar, Gənclər, Qadınlar Şuraları. Həmin strukturda Qadınlar Şurasının sədri millət vəkili Məlahət İbrahimqızı, müavinləri ilə Telli Pənahqızı və mən - Almaz Ülvi Binnətova ictimai vəzifələr daşıyırıq. Deməli, işimiz çoxdur. Yolumuz aydındır, yaxındır və haqqdır.
Almaz Ülvi Binnətova
Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, Özbəkistanın “Dostluq” ordeni mükafatçısı
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

