İçimizi saflaşdıran keyfiyyət...
17.02.2023 [11:09]
Təmənnasız xeyirxahlıq günüdür
Şahanə XANKİŞİYEVA
Dünyanı dərk elədiyimiz yaşa çatdıqda, insani keyfiyyətlər formalaşmağa başlayır. Bəziləri dürüst, təvazökar, bacarıqlıykən, bəziləri qorxaq, kinli, dözümsüz olur. “Uşaq evin güzgüsüdür”, deyirlər. Ona görə də əvvəlcə özümüzü tərbiyyələndirsək, yaxşı olar. İnsan nə qədər mərhəmətli olarsa, elə həyat da bumeranq kimi qarşısına xeyirxah, mərhəmətli adamlar çıxarar. Xeyirxahlıq, bəli, bu gün - 17 fevral dünyada Təmənnasız Xeyirxahlıq Günü kimi qeyd edilir. Bu gün beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə təsis edilib. ABŞ-da yaransa da, bütün dünyada qeyd olunan bu xüsusi gün xeyriyyə tədbirləri, marafonları ilə yadda qalır.
Düzdür, yaxşılığın günü olmur, ancaq insanların belə müsbət keyfiyyəti xüsusi gün kimi qəbul etməsi, insanlığın, humanizmin yaşamasına işarədir.
Xeyirxahlıq insan övladını daxilən saflaşdıran mənəvi dəyərlərdən hesab olunur. Xeyirxahlıq deyəndə ağlımıza ilk Hacı Zeynalabdin Tağıyev gəlir. Onun xeyirxahlığı, əliaçıqlığı ölkə hüdudlarını da aşıb. Elə ölkəsində gördüyü işlər kifayət qədər çoxdur. Toxuculuq fabriki, Bakıda ilk teatr binası, at-dəmir yolu (konka), paytaxta içməli suyun çəkilməsi, ehtiyacı olan şagirdlərə maddi yardım, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd və s. Tağıyevin yaxından təşəbbüsü ilə həyata keçirilib. Dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki xalq arasında qardaşlıq münasibəti yaradıb. Belə ki, XX əsrin əvvəllərində Pakistanda yerli əhali arasında kütləvi pandemiya yayılmışdı. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq Pakistan dövlətinə göndərir. Bununla da iki ölkə arasında möhkəm dostluq yaranır.
Bu gün isə Cənubi Qafqazın ən böyük xeyriyyəçi təşkilatı olan Heydər Əliyev Fondu nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində gördüyü xeyriyyə işləri ilə seçilir. Fondun rəhbəri Mehriban xanım Əliyevanın göstərişi ilə qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlər üçün humanitar yardımlarını misal çəkə bilərik. Azərbaycanın Birinci vitse-prezidenti bununla dünyaya humanizm nümunəsi, Türkiyəyə qardaşlıq dəstəyini bir daha nümayiş etdirdi.
...Xeyirxahlıq pulla görüləcək bir iş və ya məşğuliyyət deyil. Kiçik xeyirxahlıqlar edib ən azından insanların həyatına müəyyən qədər müsbət toxunuşlar edə bilərik. Təkcə bu gün deyil, yaşadığımız hər bir günü xeyirxahlıq etməyə çalışaq - dünyamız gözəlləşsin, içimiz zənginləşsin deyə...
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

