Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəlzələ sonrası...

Zəlzələ sonrası...

15.02.2023 [11:22]

Hansı xəstəliklər yarana bilər?

MÜŞFİQƏ

Mütəxəssislər zəlzələ kimi böyük fəlakətdən sonra bölgə sakinlərinin yoluxucu xəstəliklərə yoluxma   təhlükəsinin yüksək olduğunu deyirlər. Belə ki, gigiyena qaydalarına əməl edilməməsi, eləcə də xəstə insanlarla yaxın təmas qurulması virusun yayılması üçün əsas risk faktorlarıdır. Risk qrupuna isə yaşı 65-dən yuxarı olanlar, yanaşı xroniki xəstəliklərdən əziyyət çəkənlər, uşaqlar, immuniteti zəif olan insanlar daxildir. Bu baxımdan yaralılara erkən və təcili müdaxilələrlə yanaşı, baş verə biləcək infeksiyalar  və hətta epidemiyalar üçün də tədbirlər görülməlidir. Çünki zəlzələdən sağ çıxanların üzləşdiyi ağır şərtlər bölgədə COVİD, vəba, dizenteriya və hətta qızdırma kimi epidemiyalara səbəb ola bilər. Ev heyvanlarının küçədə qaldığını nəzərə alsaq, vəziyyət heç də ürəkaçıcı deyil.

Dünya təcrübəsində dəfələrlə bu kimi hallara rast gəlinib. Məsələn, İranda 2003-cü ildə Bam zəlzələsi nəticəsində evlərini tərk etmiş 75.586 əhalinin 14 faizində yuxarı tənəffüs yolları infeksiyası müşahidə olunmuşdu. Habelə 2005-ci ildə Pakistanda baş verən 7,6 bal gücündə zəlzələdən sonra ishal halları 42 faiz artdı.  2010-cu ildə Haiti zəlzələsindən sonra 10 min insan vəba xəstəliyindən ölmüşdü. Bundan başqa, 2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələdən sonra qrip və norovirus epidemiyaları aşkar edilmişdi.

Xəstəliyin qarşısının alınmasında risk qrupuna daxil olan əhalinin həyat şəraitinin yaxşılaşdırılması və əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Yoluxucu xəstəliyin yükünü minimuma endirmək üçün təcili və adekvat profilaktika və nəzarət tədbirləri, eləcə də müvafiq hallarda idarəetmə və nəzarət sistemləri vacibdir. Zərərçəkmişlərin yaşayış yerləri diqqətlə planlaşdırılmalıdır. Mövcud beynəlxalq qaydalara əsasən, 1 nəfərə 3,5 m2 sığınacaq sahəsi verilməlidir. Bir sözlə, əhalinin sağlamlığını qorumaq üçün müvafiq sanitariya, tullantıların utilizasiyası, qida gigiyenası və həşərat-gəmiricilərin qarşısının alınması tədbirləri görülməlidir. Təbii fəlakət baş vermiş bölgələrə səfər edən şəxslər isə mütləq həkim müayinəsindən keçməli, bol vitaminli qida rasionu ilə təmin edilməli və onlara infeksiya əleyhinə iynələr vurulmalıdır.

Paylaş:
Baxılıb: 382 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31