Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Bakıdakı səfirliyini ziyarət edib
10.02.2023 [16:11]
Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.
İcmanın Mətbuat Xidmətindən bildiriblər ki, əvvəlcə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. İcmanın İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli söhbət zamanı fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı səfirə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib. Sədr bildirib ki, qardaş Türkiyənin acısı bütün Azərbaycanın acısıdır, bu faciənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan dövləti və Azərbaycan xalqı ilə bir yerdə Qərbi Azərbaycan İcmasının hər bir üzvü də əlindən gələn dəstəyi verir və verəcəkdir.
Səfir Cahit Bağçı ziyarət üçün təşəkkürünü bildirərək Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin yanında olduğunu, hətta Türkiyənin yardım çağırışından əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin zəlzələdən 6 saat sonra hadisə yerində olduğunu vurğulayıb.
İcmanın rəhbər heyətinin digər üzvləri də qardaş ölkənin səfirinə başsağlıqlarını çatdırıb, yaralılara şəfa diləyib və bir daha belə bir acının yaşanmaması üçün dua etdiklərini bildiriblər. Görüşdə İcma sədri ilə yanaşı, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, sədrin müavinləri, deputat Ramil Həsən, deputat Hikmət Babaoğlu, Ziyalılar Şurasının sədri Elxan Hüseynov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahımqızı, Gənclər Şurasının sədri, deputat Ramin Məmmədov, İcma üzvü, deputat Anar Məmmədov, İcmanın sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

