Türkiyə tarixində ilk...
08.02.2023 [10:59]
Demokratik cəmiyyət naminə atılan addım
Nicat
Müasir demokratiyanın mövcud olmasının əsas göstəricilərindən biri də seçib-seçilmək hüququ, dolayısıyla seçkilərdir. Məlum olduğu kimi, seçkilər qanundakı seçki reqlamentinə uyğun olaraq açıq və ya gizli şəkildə təşkil edilir. Cəmiyyətdəki bərabərliyi qorumaq üçün isə səsvermədə bütün təbəqələrdən olan insanların iştirakının təmin edilməsi əsas şərtlərdəndir. Başqa sözlə, bu prosesin, demokratik üsulun tam, şəffaf, demokratik şəkildə keçirilməsi cəmiyyətin bütün zümrələrinin səsvermə hüququnun təmin edilməsi ilə mümkün ola bilər.
Tarixin müxtəlif dövrlərində azad şəkildə seçmək, seçilmək hüquqları heç də hər kəs üçün əlçatan olmayıb. Ümumiyyətlə, tarixə nəzər yetirdikdə məlum olur ki, ümumi seçki hüququ dedikdə bu, yalnız kişi cinsindən olan vətəndaşların iştirakını nəzərdə tuturdu. Lakin təbii ki, qeyd edilən prinsip demokratiyaya tam şəkildə əməl edilmənin qarşısını sərt şəkildə alır, yəni belə olan halda balans pozulduğuna görə demokratiyadan söhbət gedə bilməz. Elə buna görədir ki, müxtəlif tarixi dövrlərdə qadınlara seçki hüququnun verilməsi xüsusi əhəmiyyətə malik olan tarixi bir hadisə olaraq qiymətləndirilir.
Bu gün də qadınlara seçki hüququnun tanınması ilə bağlı əhəmiyyətli addımların atılması ilə tarixin səhifələrinə həkk olunub. 1935-ci ilin 8 fevralında ilk dəfə ümumi seçkilərdə iştirak edən Türkiyə qadınları Türkiyə Böyük Millət Məclisində əvvəlcə 17, sonra isə 18 yer qazanıblar. Bu, Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün digər ölkələrdən çox əvvəl, 5 dekabr
1934-cü il tarixində Türk qadınının seçib-seçilmə hüququnu təsdiq etməsi ilə reallaşan əlamətdar bir hadisədir. Xatırladaq ki, 1934-cü ilin 5 dekabr günündə qadınların qanuni olaraq millət vəkili seçmək və seçilmək hüququna malik olduğu ölkələrin sayı 28, bu haqqın istifadə edildiyi ölkələrin sayı isə 17 idi. O dövrdə Avropanın bəzi inkişaf etmiş ölkələrində belə qadınların bu hüququ yox idi. Türkiyə qadınları isə 20 mart 1930-cu il tarixində bələdiyyə seçkilərində seçmə hüququ əldə etdilər.
Azərbaycan da bu sahədə ilk pillələrdə qərarlaşan ölkələrdən biridir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətində hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Beləliklə, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olaraq tarixə düşdü. Azərbaycanda seçki hüququ qanunvericiliklə təsbit olunur. 1995-ci ildə qəbul edilən Konstitusiyanın 56-cı maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır”. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada seçicilərin səsvermə hüququ praktikada da tam şəkildə təmin olunur.
Nəticə etibarı ilə Azərbaycanda seçki hüququ qanunla təsbit ediləndən sonra qadınların seçkili və icra orqanlarında iştirakı aktivləşdi. Mövcud mənzərə Azərbaycan qadınlarının seçmək və seçilmək hüququnun təmin edilməsinə görə regionda lider olduğunu göstərir.
Bütün bunların fonunda dünyanın bir çox ölkəsində qadınlar seçki hüququ qazanmaq üçün xeyli mübarizə aparmağa məcbur qalıblar. Məsələn, ABŞ-da qadınlar 1848-ci ildən başlayaraq, seçkidə iştirak hüququ tələbi ilə çıxış etsələr də, buna yalnız 72 il sonra nail oldular. Fransa “demokratiyanın beşiyi” hesab olunmasına və qadın hüquqlarını hələ XVIII əsrdə gündəmə gətirməsinə baxmayaraq, qadınların seçki hüququnu Azərbaycandan 24 il sonra - 1944-cü ildə tanıdı. İsveçrədə qadınlar seçki hüququnu əldə etmək üçün 1909-cu ildən 1971-ci ilə qədər mübarizə aparmalı oldular. 1971-ci ildə buna nail olunsa da, qadınların seçkilərdə iştirak etmələri yalnız 1989-cu ildə reallaşdı. Analoji nümunələri bir qədər də davam etdirmək olar. Lakin deyilənlərdən hasil olunan ümumi nəticə bundan ibarətdir ki, Azərbaycan tarixdə ilk dəfə qadınların seçki hüququnu tam şəkildə təmin edən ölkədir. Azərbaycan bu sahədə ilk pillələrdə qərarlaşan ölkələrdən biridir.
Xəbər lenti
Hamısına baxMEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

