Müəllimlərin müəllimi
26.01.2023 [10:49]
Firidun bəy Köçərli 160
Aysu ABBASOVA
Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər guşəsi Şuşa şəhərində anadan olub. Uşaqlığı qışda Əyricə kəndində, yayda Şuşada keçib. Atası Əhməd bəy şeirə-sənətə həvəs oyatmaq, fars dilini öyrətmək məqsədilə 1872-ci ildə onu Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alır. Sonra rus dilinin cəmiyyətdə, xüsusilə də idarə işlərində daha böyük rol oynadığını və rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli olduğunu görən Əhməd bəy oğluna rusca təhsil vermək qərarına gəlir və Firidunu Şuşadakı rus məktəbinə qoyur.
Şuşadakı rus məktəbində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pedaqoq A.O.Çernyayevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər Seminariyası haqqında söhbətləri gənc Firidunda bu seminariyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus məktəbini bitirib,1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və imtahan verərək Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin hazırlıq sinfinə qəbul edilir. Bu seminariya o zamankı Qafqazın ən mütərəqqi təhsil ocağı idi, tədris prosesində humanitar biliklərin və dillərin öyrənilməsinə ciddi fikir verilirdi. Hər bir şagird dərsdən kənar vaxtda oxuduğu əsərlərə dair xüsusi albom tərtib edirdi. Bu albomlarda Lomonosov, Puşkin, Qonçarov kimi məşhurların tərcümeyi-halından müəyyən hissələr, Qoqol, Lermontov və Tolstoyun əsərlərindən ayrı-ayrı parçalar yazır, bu yolla onların dərslərdə qazandıqları biliklər daha da möhkəmləndirilirdi. Bütün bunlar gələcək müəllimlərin mədəni və hərtərəfli inkişaf etmiş mütəxəssislər kimi avamlığa və cəhalətə qarşı mübarizə ruhunda yetişməsinə təsir edirdi.
Firidun bəy Köçərli ana dilinin aşiqi idi. Onun 1913-cü ildə qələmə aldığı “Ana dili” məqaləsi o dövr üçün çox böyük əhəmiyyət kəsb etdi. Bir sıra qələm sahibləri müxtəlif jurnallarda qəliz bir dildə yazılan məqalələr dərc etdirərək Azərbaycan dilini korlayırdılar. Həmin vaxt Firidun bəy belə mətbuata qarşı amansız mübarizə aparırdı. Ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəy Köçərlinin fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji və ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoyub.
Firidun bəy Köçərli müəllimliklə yanaşı, tərcüməçiliklə də məşğul olub. İrəvan gimnaziyasında çalışarkən o, qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus şairləri A.S.Puşkin və M.Y.Lermontovun şeirlərini Azərbaycan dilinə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə çevirərək nəşr etdirib. Ədibin publisistik və tənqidçilik fəaliyyəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdən başlanır. İrəvan gimnaziyasında çalışarkən o, Azərbaycan-türk ədəbiyyatına dair müxtəlif nümunələr, əlyazma nüsxələrini və bir çox məlumatları toplayaraq tədqiq etməyə başlayıb, 20 illik gərgin zəhmətdən sonra 1908-ci ildə üçcildlik məşhur “Azərbaycan ədəbiyyatı” kitabını yazıb. Bu kitab Azərbaycan ədəbiyyatı tarixini yaratmaq sahəsində olduqca əhəmiyyətli bir kitabdır. Firidun bəy Köçərli bu kitabda 130-a qədər şair və yazıçı haqqında bəhs etməklə Azərbaycan ədəbiyyatının varlığını, onun tarixi qədimliyini və bədii-estetik qüdrətini dananlara tutarlı cavab verir, səhv düşüncələri alt-üst edir. Ədib təkzibolunmaz faktlarla sübuta yetirir ki, dünyanın ən qədim mədəni xalqlarından olan Azəri türklərinin özü kimi, onların yaratdıqları söz sənəti də yaşı minillərlə ölçülən qocadan-qoca, son dərəcə humanist-bəşəri məzmunlu, bədii forma baxımından heyrətamiz dərəcədə rəngarəng bir sənətdir. Yəni, Firidun bəy bu əsərdə Azərbaycan ədəbiyyatının tarixi qədimliyini və estetik zənginliyini ortaya qoyur. O, bu kitabı özü üçün əziz və mübarək bir kitab hesab edir, onun gözəl bir surətdə təbliğ olunmasını arzulayırdı. Alimin bu arzusunu xalqının qədirbilən övladları həyata keçirib. Yəni, Firidun bəyin vəfatından sonra bu kitab üç dəfə böyük tirajla nəşr olunaraq ictimaiyyətə təbliğ olunub.
Firidun bəy Köçərli zülmətdə parlayan bir ulduz kimi ətrafa nur saçırdı. Maarif fədaisi kimi sorağı İrəvandan, Qazaxdan, Gəncədən gəlirdi. Firidun bəy millətinin aşiqi idi. O, gənc nəslin təhsil almasında, maariflənməsində, mədəni inkişafında bir məşəl kimi alovlanırdı. Buna görə də hazırda öz peşəsinə sadiq olan bütün müəllimlərin müəllimi Firidun bəy Köçərli heç vaxt unudulmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34

