Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ceyhun Bayramov: Son günlər Ermənistanın manipulyasiya xarakterli davranışını görürük

Ceyhun Bayramov: Son günlər Ermənistanın manipulyasiya xarakterli davranışını görürük

20.01.2023 [11:17]

"Təxirə salınan Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşünün ən tez zamanda reallaşmasına biz hazırıq. İndi hər şey qarşı tərəfdən asılıdır".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, görüşdən imtina məsuliyyətsiz addımların bariz nümunəsidir:

"Son günlər Ermənistan tərəfindən manipulyasiya siyasətini görürük. Onları yanlış mövqedən çəkinməyə çağırırıq.

Sülh gündəliyinin irəli aparılması hər zaman Azərbaycanın təşəbbüsü olub. Bundan sonrakı bütün prinsiplər də Azərbaycan tərəfindən qarşı tərəfə təqdim edilmişdi", - nazir əlavə edib.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31