Daşkəsənin İcra Hakimiyyətinin başçısı Quşçu kəndində vətəndaşların qəbulunu keçirib
11.01.2023 [15:34]
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təsdiq olunmuş qrafikə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Quşçu kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri havanın güclü qarlı və yüksək şaxtalı olmasına baxmayaraq, mütəşəkkil formada iştirak ediblər.
Bu barədə yeniazerbaycan.com-a Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev məlumat verib.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev sakinləri salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək bildirib:
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən də Tədbirlər Planı təsdiq edilərək rayon ərazisində icrasına başlamışıq. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin adı ölkəmizin ərazi bütövlüyünü bərpa edən Sərkərdə, Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin müəllifi, qalib Lider kimi tariximizə qızıl hərflərlə yazıldı. Bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyev müdrik rəhbərliyi ilə ölkəmizi daha böyük uğurlu qələbələrə aparacaq və respublikamızın gələcək inkişafına öz layiqli töhfələrini verəcəkdir”.
Çıxışında Əhəd Abıyev 2022-ci ildə Respublika üzrə Daşkəsən rayonunun əldə etdiyi mühüm uğurlu nəticələri də diqqətə çatdırıb: “Daşkəsən rayonunda 2022-ci ildə möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarından, Dövlət Proqramlarından irəli gələn tələb və tapşırıqlar 98 faiz icra olunaraq Daşkəsən rayonu Respublikada ilin qalibi kimi birinci yerə yüksəlmişdir. “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevi bir daha əmin edirik ki, 2023-cü ildə də məsuliyyətlə və yüksək keyfiyyətlə Dövlət Proqramlarında qarşıya qoyulan tapşırıq və tövsiyələri vaxtında icra edəcəyik”, - deyə o, qeyd edib.
İcra başçısı həmçinin Quşçu kənd sakinləri ilə əvvəlki illərdə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü qeyd edib. Vurğulayıb ki, ötən dövrlərdə Quşçu kəndində tam müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binası tikilmiş, uşaq bağçası əsaslı təmir edilmiş, kəndə gələn mərkəzi yol asfaltlanmış, əhalinin içməli su və elektrik enerjisi ilə fasiləsiz təminatı sahəsində problemlər aradan qaldırılmış, ərazi qazlaşdırılmış, sosialyönümlü, xüsusilə turizmlə bağlı layihələr icra olunmuş və kənd sakinlərin böyük əksəriyyəti “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində daimi işlə təmin edilmişlər.
Sonra Əhəd Abıyev kənd sakinləri və şəhid ailələri ilə söhbət edərək onların gündəlik qayğıları və problemləri ilə maraqlanıb. Bildirib ki, şəhid ailələrinə və qazilərə ərzaq sovqatlarının verilməsi, göstərilən hər cür maddi və mənəvi köməkliklər mütəmadi olaraq davam etdiriləcəkdir. Şəhid ailələrinin üzvləri və qazilər dövlət tərəfindən onlara verilən yüksək dəyəri qeyd ediblər.
Qəbulda iştirak edən kənd sakinləri Daşkəsən rayonunda görülən abadlıq, quruculuq işlərini, vətəndaşlara olan həssas səmimi münasibəti razılıq hissi ilə söyləyərək onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35

