Bu gün FHN işçilərinin peşə bayramıdır
16.12.2022 [11:11]
Yeganə BAYRAMOVA
Dekabrın 16-sı Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Nazirlik fəaliyyət göstərdiyi 17 il ərzində baş verən fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mühüm işlər görüb. Fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılmasında, mülki müdafiə, əhalinin və ərazilərin təbii-texnogen hallardan, terror hadisələrindən qorunmasında da nazirliyin və onun əməkdaşlarının böyük əməyi var. Nazirlik, eyni zamanda, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib.
Ötən illər ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün onlarla hüquqi sənəd hazırlanıb. Nazirliyin və onun müvafiq qurumlarının rəmzləri, eləcə də hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşların geyim forması və fərqləndirmə nişanları təsdiq edilib. FHN-in təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənib. Regionlarda FHN-in üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə regional mərkəzlər fəaliyyət göstərir.
Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir, müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və 112 qaynar telefon xətti yaradılıb.
FHN əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb.
FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. Qısa müddətdə Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib. Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub.
FHN Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər. 2021-ci ilin yay ayında qardaş Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində də FHN-in böyük rolu olub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in Türkiyəyə yola salınan 743 əməkdaşı fədakarlıqları ilə əsl qardaşlıq örnəyi nümayiş etdiriblər. Yanğın-xilasetmə qüvvələrinin bu fədakarlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev avqustun 31-də FHN əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə FHN-in 90 əməkdaşı təltif olunub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həmçinin ötən ilin yay aylarında Qəbələ, İsmayıllı, Oğuz və Yardımlı rayonlarında baş verən yanğınların söndürülməsində də böyük fədakarlıq göstəriblər.
44 günlük Vətən müharibəsində də FHN-in bütün strukturları Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək Qələbənin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində əsl qəhrəmanlıq nümayiş etdiriblər.
Bu fədakarlıq və peşəkarlıq örnəkləri FHN-in şəxsi heyətinin həmişə olduğu kimi, ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır və qadir olduğunu deməyə əsas verir.
“Yeni Azərbaycan” qəzetinin redaksiyası FHN işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, çətin və məsuliyyətli işdə hər birinə uğurlar arzulayır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

