Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb

MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb

28.11.2022 [15:58]

Noyabrın 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb.

Bu barədə MEDİA-dan məlumat verilib.

Görüş zamanı Əhməd İsmayılov Azərbaycanda media sahəsində həyata keçirilən islahatların gedişatı, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu və Media Reyestrinin mahiyyəti barədə qonaqlara ətraflı məlumat verib.

O, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərdən bəhs edib.

Görüşdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi Ramil Tağıyev media sahəsində əməkdaşlıq formatları və xarici media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi kimi məsələlərə diqqət çəkib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyinin və müsbət dinamikasının artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə media sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30