Azərbaycan QHT-ləri Fransaya qarşı etiraz Bəyanatı qəbul edib
23.11.2022 [14:49]
Azərbaycanın Qeyri-Hökumət Təşkilatları Fransanın Azərbaycana qarşı yönəlmiş hərəkətlərinin müzakirəsinə həsr edilmiş toplantı keçiriblər.
Toplantıda qeyd edilib ki, Fransa Respublikasının Senatı, Milli Assambleyası, eləcə də, bu ölkənin bir sıra siyasi dairələri ayrı-ayrı zamanlarda açıq irqçi, islamofob, türkofob və azərbaycanofob fəaliyyətləri ilə gündəmə gəliblər. Paralel olaraq, Fransada fəaliyyət göstərən radikal erməni icmalarının Azərbaycanın Parisdəki Səfirliyinə, həmçinin, bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı hücumlar təşkil etməsinə laqeyid yanaşıblar. Fransanın əlaqədar qurumları özündə vandalizm, terror elementlərini ehtiva edən bu cinayətkar hücumların qarşısını almaq üçün lazımi tədbirlər görməməklə, erməni icmasının təhdidçi hərəkətlərini stimullaşdırıblar.
Toplantı iştirakçıları vurğulayıblar ki, Fransanın tarixi buna bənzər anlaşmaz, qeyri-bəşəri hərəkətlərlə zəngindir. Faktlar göstərir ki, Fransanın siyasi çevrələri heç də həmişə demokratik dəyərlərə, bəşəri ideyalara, insan haqlarına sadiq olmayıblar. 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanın Fransa siyasi dairələri və ordusu tərəfindən qətlə yetirilməsi acı həqiqətlərdən biridir.
Özünü Avropada “demokratiyanın beşiyi” adlandıran Fransa tarixdə yol verdiyi yanlışları aradan qaldırmaq əvəzinə, öz anti-bəşəri hərəkətlərini bu gün də davam etdirir. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləməklə, növbəti dəfə yanlışlığa yol verir. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi faciələrlə Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktları bənzərdirlər.
Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamə qeyri-obyektiv, qərəzli olmaqla yanaşı, Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin prinsiplərinə ziddir. Bu müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.
Bu günlərdə Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planının ifşa edilməsi onu göstərir ki, Fransa hakimiyyətinin islamofob, türkofob və azərbaycanofob prinsiplərə əsaslanan xüsusi proqramı mövcuddur və bu proqramı hər vəchlə gerçəkləşdirməyə çalışır.
Toplantının sonunda QHT təmsilçiləri adından bəyanat qəbul edilib. Bəyanatda qeyd edilir ki, “Fransa parlamentini və hökumətini ölkədə artmaqda olan irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq. Bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik”.
Bəyanatın tam mətnini təqdim edirik:
"Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən, son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirməsi, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq, Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatları aşağıdakıları bəyan edirlər:
Fransa Respublikasının Senatı, Milli Assambleyası, eləcə də, bu ölkənin bir sıra siyasi dairələri ayrı-ayrı zamanlarda açıq irqçi, islamofob, türkofob və azərbaycanofob fəaliyyətləri ilə gündəmə gəliblər. Paralel olaraq, Fransada fəaliyyət göstərən radikal erməni icmalarının Azərbaycanın Parisdəki Səfirliyinə, həmçinin, bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı hücumlar təşkil etməsinə laqeyid yanaşıblar. Fransanın əlaqədar qurumları özündə vandalizm, terror elementlərini ehtiva edən bu cinayətkar hücumların qarşısını almaq üçün lazımi tədbirlər görməməklə, erməni icmasının təhdidçi hərəkətlərini stimullaşdırıblar.
Bildiririk ki, Fransanın tarixi buna bənzər anlaşmaz, qeyri-bəşəri hərəkətlərlə zəngindir. Faktlar göstərir ki, Fransanın siyasi çevrələri heç də həmişə demokratik dəyərlərə, bəşəri ideyalara, insan haqlarına sadiq olmayıblar. 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanın Fransa ordusu tərəfindən qətlə yetirilməsi acı həqiqətlərdən biridir.
Özünü Avropada “demokratiyanın beşiyi” adlandıran Fransa tarixdə yol verdiyi yanlışlıqları aradan qaldırmaq əvəzinə, öz anti-bəşəri hərəkətlərini bu gün də davam etdirir. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləməklə, növbəti dəfə yanlışlığa yol verir. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi faciələrlə Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktları bənzərdirlər.
Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamə beynəlxalq hüququn təməl norma və prinsiplərinə zidd olmaqla yanaşı, Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin prinsiplərinə ziddir. Bu müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.
Bu günlərdə Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planının ifşa edilməsi onu göstərir ki, Fransa hakimiyyətinin islamofob, türkofob və azərbaycanofob prinsiplərə əsaslanan xüsusi proqramı mövcuddur və bu proqramı hər vəchlə gerçəkləşdirməyə çalışır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa beynəlxalq sülhyaratma prinsiplərinə zidd davranmamalıdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları olaraq Fransa parlamentini və hökumətini ölkədə artmaqda olan irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə çağırır və bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik".
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43

