Tolerantlığın Azərbaycan modeli
16.11.2022 [12:10]
Bu gün Beynəlxalq Tolerantlıq Günüdür
Səidə RƏHİMLİ
Bütün dünya ölkələrində dövlət siyasəti olaraq tətbiq edilən tolerantlıq Azərbaycanda həm də həyat tərzidir. Ən qədim zamanlardan bu günə kimi ölkəmizdə etnik, mədəni, dini, irqi müxtəlif olan xalqlar bizimlə birlikdə əmin-amanlıq şəraitində yaşayırlar. Dövlətimiz onların mədəniyyətlərini, ənələrini və dillərini qoruya bilməsi, inkişaf etdirməsi üçün hər cür şərait yaradır. Bir anlıq ətrafımıza nəzər salaq, ölkəmizdə heç dini və ya milli qarşıdurmaya, ziddiyyətə rast gəlinib? Əlbəttə ki, yox. Biz qonşularımızı, dostlarımızı hansı dinə mənsub olmasına, fərqli milliyyətdən olmasına görə ayırmırıq. Onların etnik, mədəni, dini, irqi müxtəliflikləri bizim onlara olan münasibətimizə əsla təsir etmir. Rus qonşumuz Pasxa bayramında bizə bişirdiklərindən gətirəndə biz onları təbrik edərək sevə-sevə qəbul edirik. Eynilə Novruz bayramında da uşaqlar onlara papaq atanda bizim adətimizə uyğun davranıb papaqları doldururlar. Çünki tolerantlıq əsrlər boyu bizim həyat tərzimiz olub. Biz ətrafımızda, ailəmizdə belə görüb-götürmüşük.
Digər ölkələrə səfərlərimiz zamanı isə bir çox hallarda təəssüf ki, analoji yanaşmanı müşahidə etmirik...
Hətta Avropanın özünü demokratiyanın beşiyi sayan ölkələrində islamofobiyadan əziyyət çəkirlər desək, yanılmarıq. Müxtəlif ölkələrdə milli və dini zəmində qarşıdurmalar baş verir, insanlar bir-birlərinin fikirlərinə, seçimlərinə dözümlü yanaşa bilmirlər, irqi ayrı-seçkiliyin qarşısı alına bilinmir. Bunlar da bəzən qanlı hadisələrlə nəticələnir. Məhz bütün bunların qarşısının alınması, insanların bu haqda maariflənməsi məqsədilə hər il 16 noyabr tarixi Beynəlxalq Tolerantlıq Günü olaraq qeyd edilir.
Fərqli mədəniyyətlərə məxsus insanların həyat tərzinə hörmətlə yanaşılmalıdır. Bu, həm dövlətin, həm də xalqın üzərinə düşən vəzifədir. Azərbaycan xalqı və dövlətimiz bunu hər zaman layiqincə yerinə yetirir. Tolerantlığın Azərbaycan modeli bütün dünyada məşhurdur. Bu, xarici mütəxəssislər tərəfindən tədqiq edilir və dəstəklənir, bir çox ölkələrin universitetlərində ayrıca fənn olaraq tədris edilir.
Azərbaycanda multikulturalizm və tolerantlığın banisi hesab olunan ulu öndər Heydər Əliyev bu haqda deyib:“Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Ölkəmizdə milli və ya etnik azlıqların öz mədəniyyətlərini, ənənələrini, dinini, dilini qoruması üçün çox sayda məscidlər, kilsələr, sinaqoqlar, onların öz dillərində dərsliklər, məktəblər, mədəniyyət mərkəzləri, kütləvi informasiya vasitələri və s. mövcuddur. Bunların hər birinin sayı daim inkişaf edən ölkəmizdə ildən-ilə artır.
Azərbaycan xalqı heç kimə dininə, irqinə, mədəniyyətinə görə ayrı-seçkilik etmir. Turistlər xalqımızın qonaqpərvərliyini və mehribanlığını ağız dolusu mədh edirlər.
Ölkəmizdə yaşayan bütün xalqlara eyni münasibət göstərilməsi Azərbaycanın tolerantlıq modelinin əsasını təşkil edir.
Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı qəsəbə İsrail və ABŞ xaric dünyada yəhudilərin birgə əmin-amanlıq şəraitində yaşaya bildiyi azsaylı yaşayış məntəqələrindən biridir. Qırmızı kirəmitli damları ilə tanınan bu kənddə yəhudilər əsrlər boyu öz mədəniyyətlərini, ənənələrini, dilini qoruyub saxlayıblar. Burada onlara məxsus sinaqoqlar, dağ yəhudilərinin tarix və mədəniyyətini əks etdirən muzey də var.
30 ilə yaxın torpaqlarımızın 20%-dən çoxu ermənilərin işğalı altında qaldı. Bu müddət ərzində Azərbaycanda yaşayan çox sayda ermənilərin heç birinə ayrı-seçkilik edilmədi. Onların hər birinə digər etnik azlıqlarla bərabər hüquqlar verildi.
Prezindent İlham Əliyev bu haqda açıq-aydın deyib:
“Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabərhüquqlar yaradır”.
Qarabağ işğaldan azad edildikdən sonra dövlət başçımızın orada yaşayan ermənilərə olan münasibəti tolerantlığın bariz nümunəsidir:
“... Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”.
Tolerantlıq insana uşaqlıqdan ailə daxilində və cəmiyyətdən aşılanır. Qonşularımızla sülh şəraitində yaşamağı bizə hələ körpə yaşlarımızdan təlqin ediblər. Elə bu amildən çıxış edərək deyə bilərik ki, digər mədəniyyətlərə, milliyətlərə olan sevgi və hörmət bizim xalqımızın ruhunda var.
Azərbaycanımızın tolerantlıq modeli dünyaya örnəkdir. Buna görə xalqımızla və dövlətimizlə qürur duymağa dəyər!
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43

