Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şirvanda körpənin ölümü ilə həkimə cinayət işi açılıb

Şirvanda körpənin ölümü ilə həkimə cinayət işi açılıb

13.10.2022 [11:57]

Şirvanda körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb, mama-ginekoloq barəsində iltizam qətimkan tədbiri seçilib.

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, Sabirabad rayon sakini Elnurə Binyətovanın 08.08.2022-ci il tarixdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində doğduğu yenidoğulmuş körpənin ölməsi faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Aparımış araşdırmalarla müəyyən edilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş körpə ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Fərqanə Qədirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30