“Erasmus+” 2 proqramının açılış mərasimi keçirilib
28.09.2022 [14:59]
28 sentyabr tarixində “Erasmus+” 2 proqramının açılış mərasimi keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilən layihənin əsas məqsədi iştirak edən ölkələrdə miqrantların və qaçqınların inteqrasiyasının alətləri, metodları və təcrübələrinin mübadilə yolu ilə beynəlxalq dialoqu təşviq etməkdir. Səfər zamanı müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarınını nümayəndələri öz yurd yuvalarından 30 il ayrı düşmüş, keçmiş qaçqın və məcburi köçkünlər ilə , həmçinin miqrantlarla işləyən yerli və beynəlxalq qurumlar ilə görüşlər keçiriləcək. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün faktoru , eyni zamanda beynəlxalq təhlükəsizlik prizmasından problemin məzmununu obyektiv qiymətləndirilməsi təlimlər zamanı xüsusi müzakirə predmeti olacaqdır. Beləki 9 gün davam edən layihə çərçivəsində keçirilən təlimlər zamanı beynəlxalq iştirakçılara Azərbaycan təcrübəsinə əsaslanaraq qaçqın və məcburi köçkünlərin sonradan adaptasiya dövründə cəmiyyətə inteqrasiyası , sosial xidmət paketləri , məşğulluq xidməti, onlara tətbiq olunan güzəştlər haqqında məlumat veriləcəkdir. O cümlədən, “Sülh və birgəyaşayış modelinin formalaşdırılması modeli kimi Azərbaycan” adlı paneldə Azərbaycanda tolerant yaşam şəraiti, din və etiqad azadlığı, həmçinin sülhün carçısı kimi əhalinin “Böyük Qayıdış” prosesində ictimai iştirakçılığı haqqında müzakirələr təşkil olunacaqdır.
Açılış mərasimində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, proqram çərçivəsində Azərbaycana gələn müxtəlif ölkələrdən olan 90 nəfər gənc iştirakçı, media nümayəndələri və təşkilatçılar iştirak ediblər.
Tədbiri açıq elan edən Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Röyal İsmayılov layihənin proqramı haqqında geniş məlumat verib.
Daha sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Azərbaycana səfər edən gəncləri salamlayıb və belə bir layihənin təşkili üçün təşkilatçılara təşəkkür edib. V.Quliyev bildirib ki, “Şuşa İli” çərçivəsində təşkil edilən bele bir tədbirin əhəmiyyəti olduqca vacibdir. Proqram çərçivəində gənclər işğaldan azad olunmuş Zəngilana səfər, o cümlədən, Azərbaycanda keçirəcəkləri məhsuldar görüşlər onlara ölkəmiz haqqında real təəssüratın formalaşdırılmasına təkan verəcək. Çünki, Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi həm də Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli mövqeyinin dünyaya yayılmasında böyük rol oynayır.
Sonra çıxış edən digər natiqlər Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov layihənin əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfərin xalqımıza böyük sevinc və qürur hissi bəxş etdiyi, torpaqlarımızın işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma yurda qayıtmasına imkan yarandığı, artıq Böyük Qayıdışın başlandığını layihə iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxışlardan sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun təqdimatı edib və fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələr haqqında iştirakçılara məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

