Bank kartlarından pul talayan dəstə üzvləri saxlanıb
10.08.2022 [16:33]
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarındakı pul vəsaitləri talayan daha bir dəstənin üzvləri saxlanılıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, naməlum şəxslərin sosial şəbəkələrdə vətəndaşları işə düzəltmək adı ilə onların kart məlumatlarını əldə edib daha sonra hesabda olan pul vəsaitlərini talamaları barədə nazirliyə çoxsaylı müraciətlər daxil olub. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə vətəndaşların kart məlumatlarını və kartlardakı pul vəsaitlərini ələ keçirən növbəti dəstənin üzvləri - Məhəmməd Babazadə və Güləli Kazımov saxlanılıblar. Müəyyən edilib ki, bu şəxslər elan saytlarında, həmçinin sosial şəbəkələrdə dövlət idarələrində və özəl şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanları yerləşdiriblər. Məhəmməd Babazadə və Güləli Kazımov onlarla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması və lisenziya verilməsi adı altında 500 manatdan 6000 manata qədər pulun özlərinə və müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb ediblər. Bu məqsədlə onlar müraciət edən vətəndaşların kart məlumatlarını əldə ediblər. Daha sonra onlar kartlardakı vəsaitləri öz hesablarına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıblar. Məhəmməd Babazadə və Güləli Kazımovun bu müddət ərzində onlara müraciət edən 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarda olan pul vəsaitlərini taladıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhəmməd Babazadə və Güləli Kazımovun ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir.
Bildirilib ki, bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. DİN bir daha vətəndaşlara elan, onlayn alış-veriş saytlarında, eləcə də bu tipli platformalarda yerləşdirilən və ilk baxışdan insanların diqqətini cəlb edən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, bank kartlarında olan məlumatları heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34

