Doğma və yad ağaclar...
09.08.2022 [10:54]
Murad KÖHNƏQALA
Neçə müddətdir havalar çox isti keçir. Paytaxt sakinləri imkan tapan kimi şəhərdən rayonlara axışırlar. Əlbəttə, yaşıllığı, suyu bol olan bölgələr daha çox çəkir adamı.
Əslində, yay fəsli üçün indiki havaları tam normal saymaq olar. Çünki ömrü boyu yay fəslində 30-35 dərəcə isti görmüşük və bunu bu fəslin adi havası kimi qəbul eləmişik. Bəs niyə indiki istilərdə nəfəsimiz çatışmır? Bax, elə həmin məsələdən danışmaq istəyirəm.
Səbəb birdir: Bakıda oksigen, yaşıllıq çatışmır. Bakı ağacsızlaşıb. Bakının yaşıl ciyərləri iflic halındadır. Məhz bu çatı?mazlıqlara görə yayda Bakıda nəfəs almaq olmur.
Paytaxtda çoxmərtəbəli binalar tikilir. Yan-yana inşa olunmuş üç belə bina sakinlərinin sayına görə təxminən, bir kənd deməkdir. Həmin binalar elə bir sıxlıqla ucaldılır ki, bəzən sakinlərin həyətə düşüb gəzinməyə belə yeri, meydanı olmur. Halbuki, o “kəndin” özünün yaşıllığı, parkı, uşaq bağçası, məktəbi, nə bilim, klinikası, mağazaları olmalıdır. Təəssüf ki, göydələnlərlə əhatə olunmuş yeni Bakı fantastik filmlərdəki kosmik şəhərləri xatırladır. Uca-uca binaları yan-yana düzürük, lakin ətrafında ağac əkməyi unuduruq.
Kənd yerlərində insan niyə ciyərdolusu nəfəs ala bilir? Çünki orada asfalt azdır, torpağın üstü açıqdır. Torpaq çəmənlərlə, ağaclarla, çaylarla nəfəs alar. Nəfəs alan torpaq diridir, yaşayandır, yaşadandır. Bəs şəhərdə necədir? Asfalt, asfalt, asfalt! Torpağın ağzını beton qapaqla bağlamışıq.
Şəhərimizdə torpaq rahat nəfəs ala bilmır. Bu qədər ağacsızlıqda hələ nə yaxşı yaşaya bilirik. Bəxtimiz onda gətirib ki, Bakı bir yandan hava verən, oksigen körükləyən dənizin kənarındadır.
Təzə ağac əkmədiyimiz bir yana, yeni obyektlər, binalar tikmək istəyəndə əvvəlcə onun ərazisini ağaclardan təmizləyirik. Çox görmüşük, çox eşitmişik ki, hansısa şirkət tikinti üçün hasara aldığı ərazidəki ağacları gecəylə məhv eləyib. Hələ bir vaxtlar Ulu Öndər Heydər Əliyev həmin fürsətcillərə xəbərdarlıq edərək belə bir aforizm işlətmişdi: “Bir ağac kəsən bilsin ki, sanki mənim qolumu kəsir”.
Nədənsə bəzi tikinti şirkəti sahiblərinin ağlına ağacları repressiyaya uğratmaqdan başqa fikir gəlmir. Ağac qırğınını sakinlərdən xəlvət tutmaq üçün tikinti obyektinin hasarlarını bacardıqca hündür quraşdıraraq gecənin birində ağacları qırırlar. Halbuki onları xilas etmək üçün ağacköçürən maşınlar var. Həmin maşınlar iri bıçaqlarını ağacın ətrafına dəyirmi formada batıraraq onu zədələmədən köklü-köməcli yerdən üzür. Yəni həmin texnika ağacı köklü-torpaqlı götürərək dibçəkdən çıxarılmış gül kimi “ovcunda” aparıb istənilən yerdə dikəldib basdıra bilir. Sözügedən maşınların hələ 2016-cı ildə Bakıya gətirildiyi haqda məlumatlar var. Ancaq nədənsə bu cür mütərəqqi texnikanın xidmətlərindən istifadə etməyi unudublar. Ona görə yüzlərlə zeytun, çinar, palıd, şam ağacı şəhərimizdən didərgin düşüb.
Ağac əkməklə bağlı da ciddi bir problem var. Diqqət yetirmisinizsə, paytaxt Bakıda və bir sıra bölgələrimizdə hələ də əsasən şam ağaclarının əkilməsinə üstünlük verilir. Halbuki bu ağaclar Bakı və şəhərətrafı şoran torpaqlarda, buna bənzər bölgələrdə yerli iqlimə, relyefə uzun müddət doğmalaşa bilmir. Bizə sovetlər dönəmindən miras qalmış bu ənənəyə son qoymalıyıq.
Hələ çar Rusiyası dövründən Qafqazın, o cümlədən Azərbaycanın ruslaşdırılması siyasəti yürüdülüb, imperiya mərkəzindən ölkəmizə rəhbərlər, məmurlar və müxtəlif sənaye obyektləri üçün işçi qüvvəsi adına rus əsilli insanlar göndərilib. Bu səbəbdən paytaxtımızda, bir sıra bölgələrimizdə kompakt yaşayan ruslara həmin yerləri doğmalaşdırmaq üçün floranı dəyişib hər yanda şam ağacları əkdiriblər. Məqsəd, necə deyərlər, həm də təbiəti ruslaşdırmaq olub. Buna görə ölkəmizdə fəaliyyət göstərən sovxozların bəzilərində şam ağacı şitili yetişdirən tingçilik bölmələri də yaradılmışdı. Hazırda bizi buna heç kim məcbur etməsə də, şam ağacı tingləri yetişdirmə ənənəsi hələ davam eləyir. Əlbəttə, ölkəmizin şoran torpaqlarında körpə şam ağacı özünü pis hiss edir, böyüyüb özünə gələnə qədər ciddi qulluq istəyir. Fikir versəniz görərsiniz ki, yeni əkilmiş şam ağacları azacıq baxımsız qalan kimi tezcə quruyur. Halbuki öz çinarımız, palıdımız, dəmirqaramız, dağdağanımız, iydəmiz, söyüdümüz, tutumuz, zeytunumuz və onlarla növ meyvə ağacımız vətənimizin torpaqlarında sevinə-sevinə bitib boy atır. Ona görə də özümüzün ucaboylu, bol oksigenli çinarlarımızı daha çox əkib çoxaltmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17

