Milli varlığımızı təsdiq edən mənəvi sərvət
29.07.2022 [16:37]
“Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətlərin miqyası geniş və əhatəlidir. Onların sırasında milli varlığımızı təsdiq edən, mənəvi sərvətimiz olan ana dilimizin qorunması və inkişafı istiqamətindəki fəaliyyətidir. Hələ sovetlər dövründə Ümummilli Lider Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, milli kadr potensialını formalaşdırmaqla yanaşı, Azərbaycan dilinin inkişafına da xüsusi diqqət yetirmışdi”.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Millət vəkilinin sözlərinə görə, sovetlər birliyi dönəmində ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta ayrı-ayrı respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan ulu öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə ifadə edirdi. Ümummilli Lider 1969-1982-ci illərdə sovet Azərbaycanında müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə ana dilimizə verdiyi dəyəri göstərdi. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında isə Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu.
Pərvin Kərimzadə diqqətə çatdırıb ki, müstəqillik illərində də ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilib. “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” – deyən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın nümünəsini yaratdı. 1995-ci ildə qəbul edilən milli Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Daha sonra Ümummilli Liderimizin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd olunur. Bundan öncə isə 2001-ci ilin iyununda Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdı. Azərbaycan dilinin tarixində bu səviyyədə sənədin qəbul olunmadığını deyən P.Kərimzadənin fikrincə, çünki sənəddə çox ciddi, fundamental və strateji münasibət ortaya qoyulub. Burada dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapıb. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən Fərman həm də elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca və geniş yer ayrılıb.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına önəm verən dövlətimizin başçısı qeyd edib: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib. Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Bu Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Prezident İlham Əliyev tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamın imzalanması da xüsusi olaraq vurğulanmalıdır. Dövlət başçısının 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından böyük önəm kəsb edir. Bütün bu faktlar Azərbaycan dilinin dövlət səviyyəsində çox güclü şəkildə qorunduğunu bir daha təsdiqləyir. Bu gün milli sərvətimiz, varlığımızın və bütövlüyümüzün təcəssümü olan Ana dilimizi bütün gözəllikləri və incəlikləri ilə qorumaq tutduğu statusdan, yaşından, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan asılıdır. Biz xarici dillərə ehtiramla yanaşmaqla bərabər Ana dilimizi yad ünsürlərdən qorumağa borcluyuq.
Zəngin dövlətçilik təcrübəsi sayəsində Ulu Öndər Heydər Əliyevin söylədiyi “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” müdrik kəlamının bu gün tam təsdiqinin şahidi oluruq.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03

