Dünyaya Azərbaycan nümunəsi
06.07.2022 [10:33]
Ölkəmiz humanitar yardımlar etməklə yanaşı, problemin sülh yolu ilə tənzimlənməsinə çalışır
SADİQ
Azərbaycan dövləti dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. 30 ilə yaxın işğaldan əziyyət çəkən ölkəmiz bu gün dünyada baş verən siyasi və hərbi kataklizmlərin danışıqlar və sülh yolu ilə tənzimlənməsinə mühüm töhfələr verir. Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal təşəbbüslər ölkəmizin bu xoş niyyətini bariz şəkildə ortaya qoyur. Bununla yanaşı, Azərbaycan hər zaman sülhyaratma missiyalarında əhəmiyyətli rol oynayıb. Nəinki regional, hətta qlobal coğrafiyada baş verən qarşıdurmaların danışıqlar yolu ilə həllinə öz dəstəyini nümayiş etdirir.
Bir neçə aydır ki, davam edən Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə tənzimlənməsi istiqamətində fəal iş aparan dövlətlərdən biri də məhz Azərbaycandır. Müharibədən bir ay əvvəl Ukraynaya, daha sonra isə Rusiyaya səfər edən Prezident İlham Əliyev tərəflər arasında münasibətlərin danışıqlar yolu ilə həllini vacib sayıb. Bununla yanaşı, Azərbaycan müharibə dövründə də hərbi əməliyyatların dayandırılması, humanitar yardımlarla bağlı fəal işlər görüb. Yeri gəlmişkən, Azərbaycanın Ukraynaya növbəti humanitar yardımı göndərilib. Humanitar yardımın ümumi çəkisi 45 ton 382 kq-dır. Humanitar yardıma ərzaq məhsulları, gündəlik tələbat, geyim və ilkin tibbi ləvazimatları daxildir. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib. Səfir dost Azərbaycana, bütün Azərbaycan xalqına Ukraynaya belə mühüm humanitar yardımına görə səmimi-qəlbdən minnətdarlığını bildirib. O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb. Bura müxtəlif dərmanlar, tibbi avadanlıq daxildir: “Sevindiricidir ki, Ukraynaya humanitar yardım tədarükü yeni səviyyəyə qalxıb”.
Səfir Sumqayıt Şəhər İcra Hakimiyyətinə qardaşlaşmış şəhəri Çerkassıya yardım göndərdiyinə görə də təşəkkürünü bildirib: “Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhər və regionlarına nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Biz Ukrayna və Azərbaycan xalqları arasında dostluğa inanırıq. Müharibə uzandıqca bu yardım da bir o qədər vacib olur”.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində 27 fevral tarixində göndərilib. Sonrakı mərhələdə isə martın 12-də təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım Ukraynaya yola salınıb. Bu yardımın ümumi məbləği 5,5 milyon avro, çəkisi isə 380 ton olub. Aprelin 21-də göndərilən humanitar yardımın ümumi çəkisi 170 ton təşkil edib. Humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxil olub. Beləliklə, Azərbaycan Respublikasının Ukraynadakı böhranla bağlı göstərdiyi (son humanitar yardım ona daxil deyil) yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edib.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20

