Yevlaxda polisə xəsarət yetirən ata və oğul həbs olunub
04.07.2022 [12:02]
Baş prokurorluq və Daxili İşlər Nazirliyi Yevlaxda polisə xəsarət yetirilməsi ilə bağlı məlumat yayıb.
Baş prokurorluqdan verilən məlumatda deyilir:
Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov və atası Müşviq İsmayılov saxlanılarkən R.İsmayılov polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. O, hadisə yerindən qaçsa da atası saxlanılıb. Həmin gün ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Rayon Polis Şöbəsində isə Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Röyal İsmayılov da saxlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Onun atası M.İsmayılovla birgə Hacıselli kəndi ərazisində əlavə olaraq kultivasiya yolu ilə yetişdirdikləri 40 ədəd çətənə kolu (ümumilikdə 90 ədəd kol) və 3 kiloqram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

