“4 seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı ölkəmizdədir
17.05.2022 [11:42]
"Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə cari il ərzində Mədəniyyət Nazirliyi tərəfindən Şuşa şəhərində bir sıra beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçiriləcək. Layihə çərçivəsində dünyanın məşhur fotoqraflarının 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi təşkil ediləcək.
Dünyaca məşhur türk fotoqraf Hüseyn Taşkın öz baxış prizmasını əks etdirən möhtəşəm fotoşəkilləri ilə bu beynəlxalq layihədə ilk olaraq iştirak edəcəkdir. Şuşada yaz fəslindən fotoları lentə alacaq fotoqraf mayın 23-dək ölkəmizdə səfərdə olacaqdır.
Səfər çərçivəsində mayın 16-da türk fotoqraf Hüseyin Taşkın və layihənin kuratoru Angelo Bucarelli mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə görüşüb və layihənin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparılıb.
Bu layihə Şuşanın dünya miqyasında tanıdılması üçün bir çağırış olacaqdır. Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihəyə xarici mütəxəssislərin cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Layihə Türkiyə ilə yanaşı, Almaniya, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşacaqdır. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Azərbaycana dəvət olunacaq mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaqdır.
Həmçinin, bu layihəyə yerli gənc fotoqraflar da cəlb olunacaq və onlar tanınmış türk fotoqrafı ilə görüşmək imkanı əldə edəcəklər. Hüseyin Taşkın tərəfindən gənc fotoqraflar üçün treninq keçiriləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08

