Parlament Hesablama Palatasının illik hesabatını qəbul etdi
27.04.2022 [10:03]
“Sputnik-Azərbaycan”ın fəaliyyətinin dayandırılması təklif edildi
Günel ABBAS
Aprelin 26-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Toplantının gündəliyinə 19 məsələ daxil edilib.
Spiker Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından danışıb. Bildirib ki, Qurultay Azərbaycanın Cənubi Qafqazın lideri olduğunu nümayiş etdirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi geniş və dərin məzmunlu nitqi qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib.
Ardınca deputatlar Zahid Oruc, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Tahir Kərimli, Ceyhun Məmmədov, Əli Məsimli, Kamran Bayramov, Bəhruz Məhərrəmov, Jalə Əliyeva və Elman Nəsirov cari məsələlər ətrafında çıxış ediblər.
Deputat Vahid Əhmədov dünyada və ölkəmizdəki süni qiymət artımını diqqətə çatdırıb. Vurğulayıb ki, hökumət ciddi problemə çevrilən vəziyyətin qarşısının alınması istiqamətində işlər görməlidir.
Deputat, o cümlədən xatırladıb ki, Rusiyada Azərbaycanın bir çox saytlarına girişə qadağa qoyulub. V.Əhmədov qeyd edib ki, “Sputnik-Azərbaycan” informasiya agentliyinin Azərbaycanda fəaliyyəti dayandırılmalıdır. O, agentliyin fəaliyyətinin araşdırılması üçün MEDİA və Mətbuat Şurasına müraciət etdiyini bildirib.
Deputat Tahir Kərimli Azərbaycanda bank kreditlərinin kəskin ucuzlaşdırılmasını təklif edib. Bildirib ki, Azərbaycan banklarında kreditlərin illik faiz dərəcəsi 5-6% olmalıdır. Millət vəkili eləcə də Azərbaycan banklarının tətbiq etdikləri cərimələrin silinməsini təklif edib.
Zahid Oruc isə TDT, İƏT və Qərb dövlətlərinə çağırış edib. Qeyd edib ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir. Bu vəsaitin ödənilməsində böyük təşkilatlar həm də öz iqtisadi maraqları üçün Azərbaycana dəstək olmalıdır.
Deputat Məlahət İbrahimqızı Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə Xosrov bəy və Sultan bəy Sultanovların adının verilməsini təklif edib. Xahiş edib ki, Zəngəzur ictimaiyyəti tərəfindən irəli sürülmüş bu təklif Milli Məclisdə dəstəklənsin və qəbul edilsin.
Sonra Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
V.Gülməmmədov bildirib ki, cari ildə Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün gəlir və xərclərinin hesabatının auditi aparılacaq: “Cari ildə qarşıda duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət tərəfindən dəstək tədbirlərinin maliyyə təminatının icraçı qurumlar tərəfindən icrası ilə bağlı auditlər aparılmasıdır. Eləcə də bu il Gənclər və İdman Nazirliyində “Tokio-2020” Yay Olimpiya Oyunlarına və federasiyalara ayrılan vəsaitin auditi aparılacaq. Bununla yanaşı xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılması da planlaşdırılır”.
Sonra isə deputatlar hesabatla bağlı çıxışlar ediblər.
Qüdrət Həsənquliyev hesabata münasibət bildirərkən qeyd edib ki, qanunda hesabatlara mənfi rəy verilərsə, bunun hansı nəticələrə gətirib çıxaracağı bilinmir: “Məsələn, Nazirlər Kabinetinin hesabatını Milli Məclis qənaətbəxş hesab etməzsə, bunun hansı hüquqi nəticələr doğuracağı bilinmir. Mən hesab edirəm ki, hesabata mənfi rəy verilən zaman Nazirlər Kabineti bütövlükdə istefa verməlidir”.
Deputat Soltan Məmmədov bildirib ki, Palatanın yalnız mövcud problemləri və riskləri qiymətləndirməklə kifayətlənməyərək, dövlət maliyyəsinin səmərəli idarə edilməsinə dair təklif və tövsiyələrlə çıxış etməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, dövlət proqramlarının hazırlanması zamanı bu məqamın nəzərə alınması və icra prosesinə nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlara xüsusi həssaslıqla yanaşılmalıdır.
Sonra Hesablama Palatasının illik hesabatı parlament tərəfindən qəbul edilib. Ardınca “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda, “Sərhəd mühafizə orqanları haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi barədə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda səsvermə yolu ilə qəbul edilib.
Daha sonra Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər qəbul olunduqdan sonra ondan 17-20 min vətəndaş faydalanacaq və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcək. Komitə sədri qeyd edib ki, 45-ci maddəyə təklif olunan dəyişiklik nəticəsində bu Qanunun 9-cu maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq.
“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, Milli Məclisin növbəti plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

